Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda azərbaycanlı molla döyülüb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə dekabrın 5-də səhər saatlarına kənd qəbirstanlığında baş verib.

E.Sadıqov həmkəndilisi Mirəli Həsənov tərəfindən döyüldüyünü bildirib. O hesab edir ki, döyülməsinə “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından narazılığını ifadə etdiyi video müraciət səbəb olub. Xəsarət alan şəxs bildirib ki, polis artıq bir aydır onun evindən qiymətli əşyaların oğurlanması ilə bağlı cinayətin üstünü aça bilmir.

Molla döyülməsi ilə bağlı “112” xidmətinə zəng vursa da, polis faktla bağlı araşdırmaya başlamayıb. E.Sadıqov özü polis bölməsinə gedəndən sonra polis araşdırmaya başlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi E.Sadıqovun ittihamlarını qəbul etməyib.

Nazirlik faktla bağlı zorakılıq maddəsi üzrə cinayət işi başlayıb.

Polis mollanın döyülməsində şübhəli bilinən M.Həsənovu artıq dindirib. Onu günahı sübuta yetiriləcəyi təqdirdə cərimə və ya 120 saatdan 180 saatadək ictimai işlər, 6 aydan 1 ilədək ev dustaqlığı yaxud da 1 il müddətinə həbs cəzası gözləyir.

E.Sadıqov hazırda Marneulidə xəstəxanada müalicə olunur. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar