Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ədalət Tahirzadə həmişəki kimi öz ampulasındadır

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov yazır

Bir dəfəlik bilmək lazımdır ki,1937 –ci il repressiyalarını M.C.Bağırov başlamayıb bu proses Xalq Daxili İşlər Kommisarlığının 13 iyul 1937-ci il tarixli 00447 №-li əmrilə və həmin ilin 5 avqustundan başlayarağ həyata keçirilməyə başlanıldı və hər respublika,vilayət və diyarlar üçündə dəqiq say göstərilərək həbs ediləcək insanları kateqoriyalara bölürdülər.

Amma belə bir əmrə qədər 2 iyun 1937-ci ildə Stalinin iştirakı ilə SSRİ müdafiə komissarlığının hərbi şurasının geniş iclası keçirilir. K.Y.Voroşilov məruzə ilə çıxış edərək hərbi – dövlət çevrilişində iştiraka cəhd etmiş hərbi komandirlər Tuxaçevskinin, Putnanın, Korkun, Yakirin, Ubereviçin həbs olunduqlarını söyləyir. Beləliklə Stalin 1937-ci il iyun plenumuna bir neçə gün qalmış bu “xəyanəti” həyata keçirmək istəyənləri neytrallaşdırır. Artıq ordudakı rəhbərliyə Stalinin inamı itdiyindən, o ancaq XDİK(Xalq Daxili İşlər Komissarlığı)-yə arxalanırdı.

23 iyunda başlayan ÜİK(b)P MK plenumunda Sovet dövləti və onun rəhbərliyinə qarşı xəyanətdə əli ola biləcək bütün şəxsləri tapıb ifşa etmək barədə plenum iştirakçıları tərəfindən yekdilliklə qərar qəbul edilir. Baxmayaraq ki, Stalin bu repressiyalara başlamamağı aşkarda plenum iştirakçılarından xahiş edirdi, həqiqətdə isə özü bunu çox istəyirdi. Lakin, imperiyanı qorumaq üçün kommunist qiyafəsi geymiş plenum iştirakçıları yenidən Stalinə etimad edirdi. Bu etimadın müqabilində Stalin də bu prosesdə öz şəxsi düşmənlərini məhv etməklə bərabər, hər dəfə imperiyanın inkişafı üçün onun daha lazımlı şəxs olduğunu ölkədə aparılan hərbi- sənayeləşmə və iqtisadi inkişafla sübut edirdi.

Ona görə də 1937-ci ildə keçirilən məlum plenumda iştirakçıların böyük əksəriyyəti tərəfindən Buxarin və Rıkov partiya intizamını pozmaqda, partiyada Stalin xəttinə qarşı gizli mübarizə aparmaqda, fraksionizm və dağıdıcılıqda ittiham olundular. Buxarin plenumda çıxış edərək Stalinin, Molotovun, Orconikidzenin ünvanına kəskin ittihamlar söylədi. Bu plenuma qədər «müəyyən qruplar» plenumda Buxarin və Rıkovla guya həmfikir olacaqlarını söyləsələr də, müzakirələr zamanı səslərini də çıxarmadılar. Sonradan ÜİK(b)P Siyasi bürosunun qapalı toplantısında bu «müəyyən qruplar» Stalini zor yolu ilə siyasi hakimiyyətdən uzaqlaşdırmaq göstərişini Rıkovdan aldıqlarını etiraf etdilər.

Ancaq Stalinin məsələyə birbaşa müdaxiləsindən sonra A.İ.Rıkov və N.İ.Buxarin, həmçinin onların tərəfdaşları üzərində açıq məhkəmə prosesləri qurulur. Məhkəmə prosesində Rıkov da, Buxarin də sağ təmayülçü antisovet blokunun mövcud olmasını etiraf edirlər. Hətta Rıkov son sözündə müraciət edərək söyləyir: «Kim ki hələ ifşa olunmayıb, dövlətə kömək edərək mövqelərini dəyişsinlər. Hakimiyyət əleyhinə olan qüvvələr hələ ki istifadə etmədikləri silahları buraxaraq dövlətə tabe olsunlar» (“İmperiya Stalina”, Səh.396). Buxarin isə son sözündə: «Mənim dəhşətli cinayətlərimin həddi-hüdudu yoxdur» - deyir (“İmperiya Stalina”, səh.78).

Lakin onu da qeyd etmək istəyirəm ki, sözsüz ki, istintaq zamanı müstəntiqlər Rıkovdan onunla siyasi əlaqədə olanlarla maraqlanırdılar. Rıkov isə yaxın münasibətdə olduqları adamların siyahısını təqdim edirdi. Məsələn, o qeyd edir ki, mənim Zaqafqaziyada Qəzənfər Musabəyov, Orxealaşvili və sairələri ilə əlaqələrim var. Bununla da növbəti istintaqa yeni vəzifəli şəxslər və insanlar cəlb olunurdu. Qəzənfər Musabəyovun istintaqı zamanı isə o, Ruhulla Axundovla yaxın münasibətlərini bildirir və bununla da dairə genişlənirdi. (Nəzərə alsaq ki, Ruhulla Axundov da öz şəxsi anketində vaxtilə «Eser» partiyasının üzvü olduğunu göstərmişdi – A.M.). Ona görə də repressiyaların miqyası genişlənirdi. Artıq bu dövrdə Moskvadan Xalq Daxili İşlər Komissarının 00447 №-li əmrinə əsasən Sovet İttifaqında repressiyaların həcmi görünməmiş səviyyəyə çatdı. Aşağıda verəcəyim əmrdən göründüyü kimi konkret say və həbs olunacağ insanların keçmiş mənsubiyyətləri göstərilirdi.Ona görə də bütün SSRi-nin respublika, vilayət və diyar rəhbərləri bu əmrlə bağlı mərkəzin tapşırığın yerinə yetirilməsi ilə əlaqəli Stalinə hesabat verirdilər.Bu gün bəzi mətbuat orqanlarında M.C.Bağırovun öz təşəbbüsü ilə represiyaların həyata keçirilməsi ilə bağlı məktub yazması da açığ – aşkar konteksdən çıxarılmış məqsəd yönlü dezinformasiyadır.Tezliklə MK-nın bütün üzvləri həbs olundular, onlar XDİK-in fövqəladə səlahiyyətlərinin artırılmasının əleyhinə çıxmışdılar. Bir neçə şəxs də onların çıxışlarını dəstəklədikləri üçün repressiya olundular. 1937-ci ilin sentyabr plenumunda Stalin məlumat verirdi: “İyun plenumundan indiki plenuma qədər bizim sıralarımızdan MK-nın bir neçə üzvü çıxmış və həbs olunmuşdur: Zelenskiy, Lebed, Nosov, Patnitskiy, Xataeviç, İkramov, Krinitskiy, Vareykis - 8 adam. MK üzvlüyünə namizədlər arasından həbs olunanlar isə 16 nəfər idi. Beləliklə, MK üzvlərinin və namizədlərinin yarıya qədəri repressiya olundu. Sonralarda MK-nin digər üzvlərinə və namizədlərinə qarşı repressiya davam etdirildi. Bubnov, Kosarev, C.Kosior, Mejlauk, Pospışev, Ruximoviç, Çubar, Eyxe və başqaları həbs olundular. 1938-ci ilin axırına kimi partiyanın Mərkəzi Komitəsinin 70%-i repressiya olundu.

1937-ci ildə SSRİ Xalq Komissarları Sovetinin sədri vəzifəsində olan V.M.Molotov sonralar günahsız insanların güllələnməsinə, ölüm düşərgələrində və həbsxanalarda məhv olmalarına «öz baxışlarına görə haqq qazandıraraq» yazırdı:
«1937-ci il zəruri idi. Dövlət eyni zamanda fəhlə sinfinin, kəndlilərin və ziyalıların mənafeyini ifadə edə bilməzdi. Bundan başqa, ziyalılar arasında keçmiş sinfi düşmənlər az deyildi, onlar fəhlə sinfinin diktaturası uğrunda mübarizə apara bilməzdilər».

Birdə ki, M.C.Bağırovu kameraya girib, M.Müşviqi gülləməkdə ittiham etmək və ya onu yaşadığı evin divarına diri – diri hördürmək kimi əsasız iddialarla çıxış edənlər unudurlar ki, M.C. Bağırov represiyaya uğrayanların demək olar ki, əksəriyyətin tanımırdı. O,əksinə bir çox azərbaycan ziyalılarını qorumağ üçün bir – başa Stalinə müraciət edirdi,məsələn Üzeyir Hacıbəyliyə görə ,Əlağa Şıxlinskiyə görə və sarə.Cünki, Nikolay Yejov onun bütün müraciətlərinə məhəl qoymurdu.M.C.Bağırovu susdurmağ üçün ziyalılarımızın adın əksinqilabçı dəstələrə əlaqədə günahlandırarağ bir – başa Moskvadan əmrlər gəlirdi.Hələ bu azmış kimi, M.C.Bağırovun yaxın silahdaşı Azərbaycan nazirlər sovetinin sədri Hüseyn Rəhmanovu həbs edirlər.M.C.Bağırov ona görə də müraciət edir.Buna cavab olarağ elə həmin günlər Mir Cəfər Bağırovun başı üstündən Moskvaya tamamilə başqa məzmunda məxfi məlumatlar göndərilirdi:

“1933-cü ildə «əksinqilabçı millətçi qrupunun üzvü olmuş» H.Rəhmanov M.C.Bağırovun təqdimatı ilə 1935-ci ildə Lenin ordeni ilə təltif olunmuşdur”.
Lakin, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi yaxın silahdaşı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrini repressiyadan xilas edə bilmədi və edə də bilməzdi. Çünki onun rəsmi xahişi ilə müraciət etdiyi Stalin1937-ci ildə ən yaxın qohumlarının belə xahişlərinə məhəl qoymamışdı. Onunla birgə birinci arvadı olmuş Ketonun qardaşı, köhnə bolşevik Svanidze həbs olunub güllələnmişdi, arvadı Mariya Svanadze həbs düşərgəsinə göndərilmişdi. Stalinin baldızı Yekaterina da 1937-ci ilin məhbusları arasında idi.Bax belə bir məqamda M.C.Bağırovun ziyalıarımızı qorumağ baxımından etdiyi canfəşanlığına cavab olarağ, 1938-ci ilin yanvarında N.İ.Yejovun tapşırığı ilə Bakıya SSRİ Daxili İşlər Komissarlığından böyük bir qrup komissiyası gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əks-inqilabla mübarizəsinin zəif təşkil edilməsini və M.C.Bağırovun əksinqilabçılara qayğı ilə yanaşmasını üzə çıxartmaq idi. Moskvadan gələn komissiya isə M.C.Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görür və bu yoxlamanın nəticələri kimi onun millətçi-təmayülçü olmağı barədə Moskvaya məlumatlar ötürürlər. Bu məlumatlarda onun «Hümmət» təşkilatı ilə əlaqələri xüsusi vurğulanırdı. Lakin hadisələrin məcrası L.P.Beriyanın 1938-ci ilin yazında SSRİ Xalq daxili işlər komissarının müavini seçildikdən sonra dəyişilir. Belə ki, Beriya bu vəzifəyə gəldikdən sonra onun ilk işlərindən biri kimi N.İ.Yejovun tapşırığı ilə Bakıya göndərilmiş komissiyanın düzgün yoxlanış aparmadığı barədə Stalinə məlumat vermək olur.Şübhəsiz, istər Beriya, istərsə də M.C.Bağırov Zaqafqaziyada onların iradəsindən asılı olmayan ədalətsiz həbslərin səbəbkarı kimi N.İ.Yejovun nə vaxtsa məsuliyyət daşıyacağını bilirdilər. Buna görə də 1938-ci ilin 24 noyabrında Siyasi büro Yejovu SSRİ xalq daxili işlər komissarı vəzifəsindən azad edir. Bu vəzifəyə isə L.R.Beriya seçilir. Çox keçmir ki,1939-cu ilin aprel ayında Beriyanın tapşırığı ilə Sumbatov-Topuridzenin rəhbərliyi altında əməliyyat qrupu (baxmayaraq ki, Sumbatov o dövrdə Moskvada NKVD-nin təsərrüfat şöbəsi müdiri idi – A.M.) N.İ.Yejovu həbs edir. 4 fevral 1940-cı ildə N.İ.Yejovun cinayətləri sübut edilərək güllələnmə cəzasına məhkum edilir.

НАРОДНЫЙ КОМИССАРИАТ ВНУТРЕННИХ ДЕЛ СССР


ОПЕРАТИВНЫЙ ПРИКАЗ
от 13 июля 1937 года № 00447

ОБ ОПЕРАЦИИ ПО РЕПРЕССИРОВАНИЮ БЫВШИХ КУЛАКОВ, УГОЛОВНИКОВ И ДР. АНТИСОВЕТСКИХ ЭЛЕМЕНТОВ

30 июля 1937 года.
Гор. Москва.
Материалами следствия по делам антисоветских формирований устанавливается, что в деревне осело значительное количество бывших кулаков, ранее репрессированных, скрывшихся от репрессий, бежавших из лагерей, ссылки и трудпоселков. Осело много, в прошлом репрессированных церковников и сектантов, бывших активных участников антисоветских вооруженных выступлений. Остались почти нетронутыми в деревне значительные кадры антисоветских политических партий (эсеров, грузмеков, дашнаков, муссаватистов, иттихадистов и др.), а также кадры бывших активных участников бандитских восстаний, белых, карателей, репатриантов и т.п.

Часть перечисленных выше элементов, уйдя из деревни в города, проникла на предприятия промышленности, транспорт и на строительства.
Кроме того, в деревне и городе до сих пор еще гнездятся значительные кадры уголовных преступников — скотоконокрадов, воров-рецидивистов, грабителей и др. отбывавших наказание, бежавших из мест заключения и скрывающихся от репрессий. Недостаточность борьбы с этими уголовными контингентами создала для них условия безнаказанности, способствующие их преступной деятельности

Как установлено, все эти антисоветские элементы являются главными зачинщиками всякого рода антисоветских и диверсионных преступлений, как в колхозах и совхозах, так и на транспорте и в некоторых областях промышленности.

Перед органами государственной безопасности стоит задача — самым беспощадным образом разгромить всю эту банду антисоветских элементов, защитить трудящийся советский народ от их контрреволюционных происков и, наконец, раз и навсегда покончить с их подлой подрывной работой против основ советского государства.
В соответствии с этим ПРИКАЗЫВАЮ — С 5 АВГУСТА 1937 ГОДА ВО ВСЕХ РЕСПУБЛИКАХ, КРАЯХ и ОБЛАСТЯХ НАЧАТЬ ОПЕРАЦИЮ ПО РЕПРЕССИРОВАНИЮ БЫВШИХ КУЛАКОВ, АКТИВНЫХ АНТИСОВЕТСКИХ ЭЛЕМЕНТОВ и УГОЛОВНИКОВ.

II. О МЕРАХ НАКАЗАНИЯ РЕПРЕССИРУЕМЫМ И КОЛИЧЕСТВЕ ПОДЛЕЖАЩИХ РЕПРЕССИИ.[править]

Все репрессируемые кулаки, уголовники и др. антисоветские элементы разбиваются на две категории:

а) к первой категории относятся все наиболее враждебные из перечисленных выше элементов. Они подлежат немедленному аресту и, по рассмотрении их дел на тройках — РАССТРЕЛУ.

б) ко второй категории относятся все остальные менее активные, но все же враждебные элементы. Они подлежат аресту и заключению в лагеря на срок от 8 до 10 лет, а наиболее злостные и социально опасные из них, заключению на те же сроки в тюрьмы по определению тройки.

2. Согласно представленным учетным данным Наркомами республиканских НКВД и начальниками краевых и областных управлений НКВД утверждается следующее количество подлежащих репрессии:


Первая категория               Вторая категория        ВСЕГО


1. Азербайджанская ССР          

3750                                        5250                      1500 
                                                                                                                 2. Белорусская ССР

 2000                                    10000                       12000

3. Грузинская ССР

2000                                      3000                        5000

 

ОРГАНИЗАЦИЯ РУКОВОДСТВА ОПЕРАЦИЙ И ОТЧЕТНОСТЬ.

1. Общее руководство проведением операций возлагаю на моего заместителя — Начальника главного управления государственной безопасности — Комкора тов. ФРИНОВСКОГО.
Для проведения работы, связанной с руководством операций, сформировать при нем специальную группу.

2. Протоколы троек по исполнении приговоров немедленно направлять начальнику 8-го Отдела ГУГБ НКВД СССР с приложением учетных карточек по форме № 1.
На осужденных по 1 категории одновременно с протоколом и учетными карточками направлять также и следственные дела.

3. О ходе и результатах операции доносить пятидневными сводками к 1,

5, 10, 15, 20 и 25 числу каждого месяца телеграфом и подробно почтой.

4. О всех вновь вскрытых в процессе проведения операции

контрреволюционных формированиях, возникновении эксцессов, побегах за кордон, образовании бандитских и грабительских групп и других чрезвычайных происшествиях доносить по телеграфу — немедленно.
При организации и проведении операции принять исчерпывающие меры к тому, чтобы не допустить: перехода репрессируемых на нелегальное положение; бегства с мест жительства и особенно за кордон; образования бандитских и грабительских групп, возникновения каких-либо эксцессов.
Своевременно выявлять и быстро пресекать попытки к совершению каких-либо активных контрреволюционных действий.

НАРОДНЫЙ КОМИССАР ВНУТРЕННИХ ДЕЛ СОЮЗА ССР
ГЕНЕРАЛЬНЫЙ КОМИССАР ГОСУДАРСТВЕННОЙ БЕЗОПАСНОСТИ
(Н. ЕЖОВ)
ВЕРНО: М. ФРИНОВСКИЙ

pia.az

Etiket:

Şərh yazın.

loading...