Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlib düyünü hələ də çözülməz qalır

Rusiyanın səbri tükənir, Türkiyə möhlətin uzadılmasını istəyir

Kirill Semyonov

“Əl-Monitor”

Buenos-Ayresdə keçirilən G-20 toplantısında Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı ikitərəfli əlaqələrində ən həssas məsələni müzakirə edib: İdlib. Ertəsi gün, dekabrın 2-də Rusiyanın xarici işlər naziri Sergey LavrovRusiya 1 TV”-yə açıqlamasında iki liderin İdlibdə hərbisizləşdirilən zona ilə bağlı əlavə tədbirlər mövzusunda razılaşdığını söyləyib.

İki prezident sentyabrın 16-da Rusiyanın Soçi şəhərindəki İdlibə dair müqavilə imzalayıb, amma müqavilənin bir hissəsini tətbiq etmənin vaxtı ötüb. Hərbisizləşdirilən zona iki tərəfi bir-birindən ayırsa da, oktyabrın 15-də Türkiyənin təmizləməli olduğu ərazidə rejim və ekstremist milislər arasında atışma baş verib.

Lavrov deyib: “Prezidentlər hərbisizləşdirilən zonanın yaradılmasına dair müqavilənin yerinə yetirilməsinə yönəldilən addımlar, eyni zamanda, ekstremistlərin bu mühüm müqaviləni sabotaj etməsinə imkan verməmək barədə razılığa gəliblər. Türk həmkarlarımızın aktiv və ardıcıl addımlarına baxmayaraq, hələ də bütün ekstremistlər 20 kilometrlik zonadan çıxmayıb”.

Ərdoğan isə deyib: “İstanbulda dörd maraqlı ölkənin [Rusiya, Türkiyə, Fransa və Almaniyanın] iştirakı ilə keçirilən İdlibə dair sonuncu zirvə toplantısı ilə əlaqədar məsələni həll etmək üçün lazım olan addımları müzakirə etdik. Məncə, başqa bir zirvə keçirmək doğru olardı”.

Noyabrın 25-də Rusiya və Türkiyə müdafiə nazirləri Sergey Şoyqu və Hülusi Akar İdlibdəki vəziyyəti telefonla müzakirə etdilər. Bundan əvvəl, noyabrın 20-də nazirlər Soçidə bir araya gəlib. Şoyqu deyib ki, Suriyada ortaya çıxan şərtlərlə bağlı türk tərəfdaşını dəvət etməyə məcbur olub.

Rus-Türk əlaqələrinin inkişafı bir neçə həftə ərzində bölgədə vəziyyətin sürətli pisləşməsindən qaynaqlanır. Son zamanlarda Hama əyalətinə, İdlib yaxınlığına Türkiyədən böyük hərbi konvoy göndərilib. Bir neçə gün sonra Suriya ordusunun 5-ci legionu Suriyanın cənubundan İdlib əyalətinə köçürülüb.

Bu, Soçi razılaşmaları üçün ciddi təhlükə ola, Rusiya və Türkiyəni münaqişənin yeni mərhələsinə gətirib çıxara bilər. Ancaq Ərdoğan və Lavrov siyasi həll yolu ilə belə bir ssenarinin qarşısını almaq istəyir.

İdlib şəhərindəki gərginlik noyabrın əvvəlində Suriya prezidenti Bəşər Əsəd rejimi, “mülayim müxalifət” və radikal islamçı militanlar arasında bir sıra qarşılıqlı təxribatlardan sonra başlayıb. Bu qarşıdurma noyabrın 24-də böyük dərəcədə artıb və iki gün sonra Rusiya türk ordusunu əvvəlcədən xəbərdar edərək, məlum zonada terrorist mövqelərinə hava hücumları həyata keçirib. Vəziyyət Türkiyənin “Heyət Təhrir əl-Şam” döyüşçülərinin oktyabrın sonuna qədər ərazidən çıxara bilməməsi ilə daha da ağırlaşıb. Moskvanın bu vəziyyətə ilk təpkisi olduqca çəkindirici olub. Eyni zamanda, rus tərəfi hərbisizləşdirilən zona ətrafında baş verən zorakılığın baş verməməsinə sakit yanaşa bilməz. Üstəlik, Moskvaya şübhələnir ki, Türkiyə və “mülayim müxalifət” ekstremistləri çıx-daş etmək vəzifəsindən yayınır.

Buna baxmayaraq, Türkiyənin mövqeyi başa düşüləndir. Türkiyənin köməyi ilə may ayında qurulan “Milli İstiqlal Cəbhəsi”nin (Əsəd hökumətinin hücum təhdidi real olduğu müddətdə) “Heyət Təhrir əl-Şam”a qarşı hərbi əməliyyata başlaması münasib deyil.

Məsələn, Dəməşqi dəstəkləyən çoxsaylı mənbələrdən aydın olur ki, İdlibdə atəşkəs, ilk növbədə, strateji fasilə olaraq planlaşdırılıb. Moskvanın etdiyi cəhdlər diplomatiya yolu ilə Dəməşqə İdlibi qaytarma yolunu açmağı hədəfləyir. Eyni zamanda, Moskva İdlibdə hərbi hərəkətlər üçün Dəməşqi silahla təchiz edir və onu “S-300” raket sistemləri ilə təmin edir ki, bu da ABŞ və müttəfiqlərinin Şamı cəzalandırma cəhdlərinə ciddi maneə törədir.

Bütün bu faktlar Suriya xarici işlər naziri Vəlid Müəllimin müxalifətin dekabrın sonuna qədər bütün ağır və orta dərəcəli silahları təhvil vermə istəklərinə uyğundur. Şamdakı siyasətçilər zamanın mühüm əhəmiyyətini başa düşürlər. İrana qarşı ABŞ-ın sanksiyaları tətbiq ediləndən Tehranın Əsəd rejimini lazımi hərbi yardımla təmin edə biləcəyi qeyri-müəyyəndir. Bundan başqa, onlar Moskvanın Vaşinqton və Ankara ilə sövdələşə biləcəyindən narahatdırlar. Nəticədə, İdlib problemi tamamilə həll olunmaz qala bilər.

Beləliklə, Şam ən qısa müddətdə hücum etməyi düşünür.

Hərbisizləşdirilən zonanın ətrafında yerləşdirilən türk qoşunlarına gəlincə, şübhəsiz, o, Şamın hərbi planlarına böyük maneədir. Amma Türkiyə müxalifətə hökumətin hücumundan müdafiə edə biləcəyinə dair zəmanət verə bilməz, çünki Şam həqiqətən Türk qüvvələrinin İdlibdə qalması halında da kampaniyanın mümkün olduğunu etiraf edir.

Müxalif qüvvələrə gəldikdə, onlar “Heyət Təhrir əl-Şam”a qarşı hərbi kampaniyanın Əsədə İdlibə hücum etmə imkanı verəcəyini dərk edirlər.

Beləliklə, Rusiya və Türkiyə hərbi strukturları Soçi razılaşmalarının tətbiq olunması üçün yeni yol xəritəsi hazırlamalıdırlar. Moskva İdlibə rejimin hücumu ilə maraqlanmır, çünki bu, Rusiya ilə Türkiyə arasında sürətlə inkişaf edən münasibətləri poza, hətta dərin bir münaqişə yarada bilər. Buna baxmayaraq, “Heyət Təhrir əl-Şam” və Əsəd rejiminin mübarizəyə cəlb olunsalar, Rusiya buna biganə qalmayacaq. Bu vəziyyət Türkiyədən də aydın təpki tələb edəcək.

Ankara “Heyət Təhrir əl-Şam”a təsir edə və Suriya hökumət qüvvələrinə mane ola bilər. Eyni şəkildə, Rusiya heç bir rejim təxribatından Türkiyəni müdafiə edə bilməz. Buna görə də, müəyyən qarşılıqlı zəmanətlər Soçi razılaşmalarının saxlanılmasında əhəmiyyətli faktor ola bilər. Türkiyənin razılaşdırılmış tədbirləri reallaşdırmağı vəd etdiyini nəzərə alaraq radikalların ‘ İdlibdə mövcudluğuna son verilməsi mümkündür. Bundan əlavə, ona əlavə bir neçə aylıq möhlət verilməlidir.

Türk liderlər və Suriya müxalifləri döyüşçülər arasında yayılmış cinayət və anarxiya ilə qarşı dirənişi sübuta yetiriblər. Həmçinin, “Azad Suriya Ordusu”na tabe olmayan bütün qrupların aradan qaldırılması kampaniyası həyata keçirilir.

“Heyət Təhrir əl-Şam”ın hazırda sərt bir vəziyyətdə olduğunu nəzərə almaq lazımdır. Qrup tamamilə təcrid olunub, maliyyə cəhətdən ciddi çatışmazlıqları var. Bu, hərbi cinayətlərin sayını artırıb. Həmin hərəkətlər ictimai etiraz dalğasını gücləndirir. İdlibdə hərbi kampaniya aparılsa belə, Türkiyə daxili mübahisələrlə parçalanan “cihadçı” qrupu təsirsiz hala gətirəcək.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar