Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya investor vizalarının verilməsini dayandırır

Bu addım mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində atılıb

Böyük Britaniya hökuməti sabahdan etibarən investor vizalarının verilməsini dayandıracaq.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu addım mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində atılıb.

"Tier-1" vizası insanlara ölkə iqtisadiyyatına 2 milyon funt sərmayə qoymaq qarşılığında Böyük Britaniyada yaşamaq icazəsi almağa imkanı verir. İnvestisiyanın məbləğindən asılı olaraq, icazə üçün beş, üç və ya iki il sonra müraciət etmək olar.

Qeyd edək ki, bu il martın sonlarında Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Daxili İşlər Nazirliyinin investorlara, o cümlədən zəngin insanlara viza verilməsi prosesinin araşdırılacağını söyləmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar