Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEK-in bu günkü Vyana konfransı neftin qiyməti üçün nə vəd edir?

Neft Araşdırmaları Mərkəzinin sədri: “Əgər Rusiya və Səudiyyə Ərəbistan arasında anlaşma olmazsa, OPEK neftin qiymətini stabilləşdirə bilər”.

“Artıq bəzi maliyyə institutları, investiya bankları gələn ilki neft proqnozlarını açıqlayıb. Onu qeyd edim ki, bu proqnozlar bədbin deyil”.

Bu fikirləri PİA.az-a neft sahəsi üzrə ekspert İlham Şaban dekabrın 6-7 də Vyanada keçiriləcək OPEK konfransının nəticələri barədə məsələyə münasibət bildirərkən qeyd edib.

Bu gün və sabah, dekabrın 6 və 7-də Vyanada OPEK-in növbəti toplantısı keçiriləcək. Xatırladaq ki, OPEC-in toplantısında neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, 2019-cu ildə OPEC üzrə neft istehsalının azaldılması və s. müzakirə olunacaq.

OPEK-in toplantısı ərəfəsində isə neft bazarına təsir edəcək bir sıra hadisələr baş verib. Ötən həftənin sonunda Qatar gələn ildən karteli tərk edəcəyini açıqlayıb. İran isə gələn il neftin 40 dollardan aşağı olacağının proqnozunu verib. Gələn il İranın da OPER-i tərk etməsi ilə bağlı artıq söyləntilər də gəzir.

Belə ki, ABŞ-ən son sanksiyalarından sonra Tehranın bu karteldə maraqları qalmayıb və Tehran da sanksiyalardan sonra kartelin qərarları ilə hərəkət etmək istəmir. Digər tərəfdən isə ABŞ prezidenti Donald Tramp neftin qiymətinin 50 dollar civarında olması ilə bağlı Səudiyyə Ərəbistanına və digər OPEK ölkələrinə təzyiqlər edir.

Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih neft bazarını sabitləşdirmək üçün tək başına bir qərarla hasilatı azaltmayacağını açıqlayıb. Sputnik xəbər veri ki, OPEK üzvü olan Nigeriya da hasilatın azaldılması ilə bağlı qərara qatılıb-qatılmayacağı ilə bağlı hələlik qərar verməyəcəyini bildirib. Buna baxmayaraq Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEK üzvlərinin neft bazarına sabitlik gətirmək istədiklərini, İraq, Nigeriya və Liviyadan gələn mesajların da dekabrın 6-də Vyanada keçiriləcək OPEK toplantısı ərəfəsində müsbət olduğunu deyib.

Dünən axşam yayılan məlumata görə isə OPEK Rusiyanın gündəlik hasilat həcminin 300 min barrel azaltmasını istəyir. Kartel bu azalmanın tədricən də həyata keçməsinə razıdır. Bildirilir ki, Moskva hələ də OPEK-in bu təklifinə cavab verməyib.

Qeyd edək ki, bu gün OPEK üzvlərinin toplantısı keçiriləcək. Sabah isə OPEK+ ölkələri toplantıya qatılacaq. Böyük ehtimalla Rusiya dekabrın 7-də OPEK-in təklifinə cavab verəcək.

Xatırladaq ki, OPEK+ ölkələri 2016-cı ildə gündəlik hasilatı 1,8 barrel azaltmaq barədə razılığa gəlmişdilər. Bundan sonra isə neftin qiyməti artmağa başlamışdı. Həmin razılaşmya əsasən isə Rusiya gündəlik hasilat həcmini 300 min barrel azaltmışdı. 2017-ci ildə bu razılaşma davam etsə də 2018-ci ilin ikinci yarısından başlayaraq tərəflər hasilatı artırmağa başlayıblar. Bu da neft bazarında qiymətlərin yenidən kəskin düşməsinə səbəb olub.

Hazırda OPEK ətrafında nə baş verir? RusiyaSəudiyyə Ərəbistanı arasında anlaşma olmazsa, OPEK neftin qiymətini stabillişdirə biləcəkmi? 2019-cu ildə neftin qiyməti ilə bağlı proqnozlar nədən ibarətdir?

Bu suallarla PİA.az-ın əməkdaşı neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabana müraciət edib.

İlham Şaban: “OPEK-in özü bazardan ən azı 1.5 milyon barrel hasilatı azaltmalıdır ki, 2019-ci ildə neftin orta qiyməti 65 dollar səviyyəsindən aşağı enməsin”.

Neft sahəsi üzrə ekspert OPEK-in növbəti konfransında neft hasilatının azaldılması ilə bağlı qərar qəbul edəcəyini bildirib.

Çünki bazarda hasil olunan neftin həcmi artıqca qiymətlərin aşağı düşmək təhlükəsi var. Ekspertin fikrincə toplantıda hasilatın tənzimlənməsi ilə bağlı qərar qəbul edilərsə, neftin qiyməti 70-75 dollar ətrafında dəyişəcək. Bu qərar qəbul edilməzsə, neftin qiyməti 55 dollaradək ucuzlaşa və 2019-cu il üçün neftin orta qiyməti 55-60 dollar arasında qərarlaşa bilər:

“OPEK-in cümə axşamı keçiriləcək toplantısında gələn il yanvarın 1-dən hasilatın günəlik olaraq təqribən 1.3 milyon barel azaldılması ilə bağlı qərar çıxarılacaq. Hər halda gözlənti bundan ibarətdir. OPEK ölkələri arasında kvotaya uyğun hasilatın emalı məsələsi də gündəmə gələcək. Bundan əlavə OPEK-ə dəstək verən OPEK+ ölkələrinin də hasilatın azaldılması yönündə addımlar atacağı düşünülür. Yayılan məlumatlara görə Rusiya gündəlik hasilatını 150 min barrel azaltmağı düşünür. Bunlar ilkin məsləhətləşmələrdir. Gələcəkdə həcm daha da artırıla bilər.

OPEK-in özü bazardan ən azı 1.5 milyon barrel hasilatı azaltmalıdır ki, 2019-ci ildə neftin orta qiyməti 65 dollar səviyyəsindən aşağı enməsin.

İlham Şaban: “Gələn il üçün ən bədbin proqnoz 63 dollar civarındadır. Əsas proqnoz göstəriciləri 65-70 dollar civarında göstərilir”.

Əgər Rusiya və Səudiyyə Ərəbistan arasında anlaşma olmazsa, OPEK neftin qiymətini stabilləşdirə bilər. Bu mümkündür. Səudiyyə Ərəbistanı OPEK ölkələri içərisində 30%-dən çox paya malikdir. Yəni birinci skripka (operator) rolunu oynayır. ABŞRusiya isə hazırda ən böyük qeyri-OPEK neft hasilatçısılarıdır.

Artıq bəzi maliyyə institutları, investiya bankları gələn ilki neft proqnozlarını açıqlayıb. Onu qeyd edim ki, bu proqnozlar bədbin deyil. Dünya Bankı neftin qiymətini 71 dollar civarında açıqlayıb. Gələn il üçün ən bədbin proqnoz 63 dollar civarındadır. Əsas proqnoz göstəriciləri 65-70 dollar civarında göstərilir.

Hesab edirəm ki, fevral ayında reallığa yaxın qiymət formalaşacaq. Daha sonra mart ayında növbəti proqnozlar gündəmə gələcək”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar