Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: "Qızıl medalın alver predmetinə çevrilməsi ehtimalı var"

«Əgər qızıl medal almaq orta məktəbdə şagirdin biliyə həvəsini stimullaşdıracaqsa, ədalətli və gerçəyə uyğun olacaqsa, buna pis baxmıram»

Deputat Fazil Mustafa «Ümumi təhsil haqqında» qanun layihəsində nəzərdə tutulan dəyişiklik haqda danışarkən belə deyib. Qanun layihəsinə görə, orta məktəbi qızıl medalla bitirən şagird ali məktəbə bir fəndən imtahan verməklə qəbul oluna bilər.

Amma deputat burada bir təhlükə gördüyünü də inkar etmir: «Təhlükə bundan ibarətdir ki, medalı qazanıb haqq edən kənarda qala, medal isə başqasına verilə bilər. Bundan da pisi bu medalın qeyr-rəsmi qiyməti müəyyən olunaraq alver mənbəyinə dönə bilmək ehtimalıdır».

F.Mustafanın fikrincə, qızıl medal alver mənbəyinə dönərsə, bu, məktəblərdə amoral mühitin yaranmasına səbəb olar. Deputat bunun baş verməməsi üçün çıxış yolunu ali məktəblərə qəbulun, test imtahanının dairəsinin genişləndirilməsində görür: «Yəni, ali məktəblərə qəbul kütləvi olsun, biliyindən asılı olaraq universiteti bitirmək tələbənin öz problemi olsun».

«Ümum təhsil haqqında» qanun layihəsi hazırlanıb. Layihə yaxın zamanlarda parlamentin müzakirəsinə çıxarılmalıdır. (azadlıq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar