Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçının icra başçısı fermerlərə şərik olur - Video

Subsidiyanın yarısını icra başçısına vermədiyinə görə fermerə problem yaradılıb

Ağcabədi rayonun Taxta Körpü deyilən ərazisi sovetlər vaxtından Laçın rayonu kolxoz və sovxozlarının qışlaq yerləri olub. Laçın rayonu işğal olduqdan sonra da laçınlıların əksər hissəsi Taxta körpü qəsəbəsində məşkunlaşıb. Rayonun Minkənd kənd sakini Vəliyyəddin Məmmədov da doğma torpaqlarının işğalından sonra Taxta Körpüdə təsərrüfatını davam etdirib.
2008-ci ildən “Orxan-2008” fermer təsərrüfatı yaradan Vəliyyəddin Məmmədov heyvandarlıqla yanaşı taxılşılığın inkişafına da töhfə vermək istəyib. Ona ayrılan 200 hektar sahənin 60 hektarı Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə fermerə toxumluq taxıl istehsalı ilə məşğul olmaq imkanı verib.

Vəliyyəddin Məmmədovun bildirdiyinə görə, bir neçə il əvvələ kimi işlər yaxşı gedib. Bol məhsuldarlıq verən buğda növləri yetişdirib. Həm ailəsinin dolanışığı üçün, həm də xeyriyəçilik məqsədi ilə yetişdirdiyi məhsuldan istifadə edib. Məhsuldarlığı hər hektardan 60 sentnerə qaldıran fermer bir neçə ildir problemlərlə üzləşdiyini deyir. 3 il əvvəl Laçın Rayon İcra Hakimyyətinin başçısı Aqil Nəzərli müavini vasitəsi ilə ona xəbər göndərib ki, əkilən taxıl sahələri üçün dövlət tərəfindən verilən subsidiya onlarla yarıya bölünməlidir. Vəliyyəddin Məmmədov isə bununla razılaşmayıb.

Laçın rayon İcra hakimiyyətinin başçısına dövlət sərəncamına əməl edilməsini tələb etdikdə isə, Aqil Nəzərli tərəfindən kobud qarşılandığını deyən Vəliyyəddin Məmmədov aldığı sarsıntıya görə xəstələndiyini, buna görə də uzun müddət müalicə olunduğunu da bildirib.

Fermer təsərrüfatı rəhbərinin bildirdiyinə görə bundan sonra rayon rəhbərliyi onunla intriqa aparmağa başlayıb. Onun istifadəsində olan torpaq sahələrini başqa fermerlərə satmağa girişib.

Bütün bunlara baxmayaraq fermer öz işini davam etdirdiyini deyib. Bu il 30 hektardan artıq sahədə yenidən taxıl əkib. Amma bu işdə subsidiya verilmədiyinə görə maddi çətinliklə üzləşdiyini də xatırladıb.

Laçınlı fermer aidiyyatı qurumlara səslənərək Laçın rayon İcra hakimiyyəti Başçısı Aqil Nəzərlinin əməllərinə son qoyulmasını dilə gətirib. İnsanlarla davranmaq qabiliyyəti olmayan məmurların ağlına şübhə etdiyini deyərək, belə adamların yüksək vəzifəyə necə sahib olmaları barədə ölkə başçısına sual ünvanlayıb.

Vəliyyəddin Məmmədovla söhbətin bir hissəsini dinləyicilərimizə təqdim edirik.
Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Buna baxmayaraq onların da mövqe bildirmək haqları saxlanılır.(azadlıq.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar