Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Xaricdə elmi fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan alimləri var"

Ötən illər ərzində Azərbaycan alimlərinin impakt faktorlu xarici jurnallarda dərc etdirdiyi məqalələrin sayı artıb

Ancaq hesab edirik ki, növbəti illərdə biz yalnız kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə də diqqət yetirməliyik.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, dərc edilən məqalələrin sayı deyil, onlara istinad edilən indekslərin təhlili, Azərbaycan alimlərinin xarici ölkələrin alimləri ilə birgə fəaliyyətinin nəticələrinin əldə edilməsi vacibdir.

Nazir qeyd edib ki, dünya səviyyəsində elmi fəaliyyətin real iqtisadıyyatın tələblərinə uyğun olaraq həyata keçirilməsi təhsil müəssisələrini innovasiya istehsalçıları və ixracatçılarına çevirib. İnnovasiyaların səmərəli istifadəsi, yüksək səviyyəli mütəxəssislərin hazırlanması təkmilləşdirilməni zəruri edir:

“Belə olduğu təqdirdə hesab edirik ki, elm, təhsil, innovasiyalar arasında səbəb-nəticə bağlantısı müasir universitetlərin əsas missiyası olmalıdır”.

C.Bayramov əlavə edib ki, xarici ölkələrin təhsil müəssiələrində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan çoxsaylı Azərbaycan alimləri var.

Nazir hesab edir ki, onlarla birgə əməkdaşlığın olması da çox faydalıdır.

pia.az


Etiket: Ceyhun Bayramov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar