Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Exxon Mobil” və “Chevron” şirkətləri Azərbaycandan niyə getdi?

“Exxon Mobil” və “Chevron” şirkətlərinin Azərbaycandan getməsinin arxasında siyasi səbəblər və hesablar ola bilərmi?

İlham Şaban: “Dünən axşam “Exxon” və “Chevron”un Azərbaycanın ən böyük layihələrini tərk etməsinə inanmaq istəmirdim. Ən azı ona görə ki, fikirləşirdim ki, divident gətirən layihədən niyə imtina etsinlər?”

Elxan Şahinoğlu: “Con Bolton səfərinin iri neft şirkətlərinin Azərbaycanı tərk etməsi arasında heç bir əlaqə yoxdur”

Yayılan məlumatlara görə ABŞ-ın iki nəhəng neft şirkəti “Exxon Mobil” və “Chevron” Azərbaycanı tərk edir. Qeyd edək ki, bu barədə dünən Reuters Agentliyi məlumat yayıb.

Daha əvvəl neft və bank sektorundakı mənbələrə istinadən “Reuters” “Exxon Mobil”in Azərbaycanı tərk etdiyi barədə məlumat yayımlasa da, sonra agentlik ABŞ-ın digər neft nəhəngi, “Chevron” korporasiyası Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsinə dair layihədəki payını satmağa hazırlaşdığı barə də məlumat yayıb.

Agentlik “Exxon Mobil” şirkətinin həmin layihədəki 6.8 faizlik payını 2 milyard dollara satmaq planları ilə bağlı konsorsiumdakı digər Amerika şirkəti “Chevron”dan şərh almağa çalışıb. Bu şirkətlərdən deyiblər ki, onlar özləri də konsorsiumdakı 9.6 faizlik paylarını satmağı planlaşdırırlar.

“Reuters” qeyd edir ki, “Exxon Mobil” şirkətinin “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. “Exxon” 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi.

“Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti- “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak edirdilər.

ABŞ-ın “Exxon Mobil” və “Chevron” kimi nəhəng transmilli şirkətlərinin 25 ildən sonra, həm də Azərbaycanla ABŞ arasında demək olar ki, gərginlik yaşamadığı bu günlərdə tərk eləməsi diqqət çəkir. Bu şirkətlərin Azərbaycanı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfəri etməsindən təqribən bir ay sonra tərk etmələri də bir sıra maraqlı suallar doğurur.

Con Boltonun Bakı səfərindən sonra “Exxon Mobil” və “Chevron” şirkətlərinin Azərbaycandan getməsi arasında hansısa əlaqə ola bilər. Misal üçün İranla bağlı vəziyyət ortadadır. “Exxon Mobil” və “Chevron” şirkətləri bölgədə siyasi sabitliyin pozula biləcəyi və təhlükəsizlik problemləri ilə bağlı ölkəni tərk edə bilərlərmi?

Bildiyimiz kimi üzümüzə gələn 2019-cu ildə ABŞ-İran qarşıdurmasının pik həddə çatması gözləilir. Bu üzdən bölgədə böyük hərbi münaqişənin də meydana çıxması istisna olunmur. ABŞ-İran qarşıdurması təkcə İranda deyil, Cənubi Qafqazda da saitliyi pozan faktor olaraq çıxış edir.

Eyni zamanda Rusiya ilə Qərb arasında qarşıdurmanın miqyasının hər gün daha da böyüməsi, paralel olaraq Ermənistanda və Gürcüstanda siyasi sabitliyin pozulması bütövlükdə Cənubi Qafqazda gərginliyin artmasına siyarət edir. Artıq Rusiya Qərb qarşıdurmasının Cənubi Qafqaza keçməsi müşahidə olunur.

“Exxon Mobil” və “Chevron” şirkətlərinin Azərbaycandan getməsinin arxasında siyasi səbələr və hesablar ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın və “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

İlham Şaban: İri şirkətlər üçün artıq rentabelli layihələrdə belə passiv oyunçu rolunda çıxış etmək heç də maraqlı deyil”.

Neft eksperti ABŞ-ın iki nəhəng şirkətlərinin Azərbaycan bazarını tərk etməsinin səbəbini iri şirkətlərin artıq passiv oyunçu kimi çıxış etməkdə maraqlı olmamaları ilə əlaqələndirir. Ekspert şirkətlərin bu bazarı tərk etməsinin həyata keçirilən layihələrə hansısa təsirinin olmayacağını, dividentlərin yenə də qazanılacağı qənatindədir:

“Dünən axşam “Exxon” və “Chevron”un Azərbaycanın ən böyük layihələrini tərk etməsinə inanmaq istəmirdim. Ən azı ona görə ki, fikirləşirdim ki, divident gətirən layihədən niyə imtina etsinlər? Həm də söhbət kifayət qədər təsdiq edilmiş resursu olan bir yataqlar blokundan gedir.

Ancaq bu məsələyə böyük şirkət gözü ilə nəzər yetirməyə çalışdım və “Chevron”un açıqlamasına diqqət yetirdim. Mövqelərini ancaq biznes maraqları ilə əlaqələndirirlər. “Chevron”dan böyük isə “Exxon Mobil”dir. Təbii ki, onun mövqeyi də belə olacaq.

Amerikanın neft nəhəngləri ola bilsin heç mövqe açıqlamayacaq, necə ki, 2017-ci ildə BTC layihəsinə qoşulanda belə addım atmışdı və ictimaiyyət sadəcə rüblük hesabat zamanı bundan xəbər tutmuşdu. Niyəsi sadədir. “Exxon Mobil”özəl şirkətdir - heç kəs qarşısında bir öhdəliyi yoxdur ki, izah etsin mən niyə belə addım atıram. Belə bir öhdəçilik yalnız şirkətin səhmdarları qarşısında var.

İlham Şaban: “5 il əvvəl də iki böyük Qərb şirkəti - Norveçin “Statoil” və Fransanın Total” şirkətləri “Şahdəniz” layihəsini tərk etmələri barədə bəyanat verdilər”.

İndi keçək məsələnin mahiyyətinə. İri şirkətlər üçün artıq rentabelli layihələrdə belə passiv oyunçu rolunda çıxış etmək heç də maraqlı deyil. Ona görə də “Birinci skripka” (operator) məsələsi aktualdır.
Yadınızdadırmı, 5 il əvvəl 2013-cü ilin dekabrın əvvəlində Azərbaycan “Şahdəniz-2” layihəsinin sanksiyalaşdırılmasına hazırlaşarkən iki böyük Qərb şirkəti - Norveçin Statoil və Fransanın Total şirkətləri “Şahdəniz" layihəsini tərk etmələri barədə bəyanat verdilər.

Onda da KİV-lər “ŞOK effekti” yaratmışdılar və bu addımları nələr, nələr, nələrlə daha əlaqələndirməmişdilər. Nə oldu sonu? Bütün işlər həm “Şahdəniz-2”, həm də infrastruktur layihələri üzrə qrafikə uyğun başa çatdı, hətta investisiya proqramı üzrə nə qədər effektli nailiyyətlər əldə edildi. Hər iki şirkət isə biri 4 il, digəri 5 il sonra qayıdıb yenidən Xəzərin Azərbaycan sektorundakı digər layihələrə investisiya qoymaq qərarına gəldilər.

İndi “Exxon”un və “Chevron”un da AÇG-i tərk etməsi ilə bu layihənin reallaşması yönümündə hansısa bir dəyişiklik baş verməyəcək, layihə qrafikə uyğun olaraq işlənəcək və 2050-ci ilədək Azərbaycana və onu işlədən şirkətlərə dividentlər qazandıracaq”.

Elxan Şahinoğlu: “Bu o deməkdir ki, həmin şirkətlərin Azərbaycan neftinə o qədər də maraqları qalmayıb”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri isə PİA.az-a açıqlamasında iri neft şirkətlərinin gedişi ilə Con Boltonun səfəri arasında hansısa əlaqə görmədiyini və demokratik dövlətlərin özəl şirkətlərə hansısa əmr vermək ixtiyarlarının olmadığını bildirib. Politoloqun fikrincə “Exxon”un və “Chevron”un gedişi tamamilə biznes maraqları ilə bağlıdır. Onlar yataqların alt hissələrində aparılacaq kəşfiyyat işlərinə əlavə investiya qoymaq istəmirlər:

“Con Bolton səfərinin iri neft şirkətlərinin Azərbaycanı tərk etməsi arasında heç bir əlaqə görmürəm. Şirkətlər bu məsələlərə özləri müstəqil qərar verirlər. Demokratik ölkələrdə hökumətlər buna qərar vermirlər. Bu barədə hələki rəsmi açıqlama gəlməyib və Dövlət Neft Şirkəti də hansısa məlumat yaymayıb. Əgər xəbər doğrudursa, həmin şirkətlərin Azərbaycan neftinə o qədər də marağı qalmayıb deməkdir.

Görünür ki, işlədiyi illərdə ona kifayət edəcək qazancını götürüb. Yəqinki yataqlarda neft kəşfiyyat işlərinin aparılması üçün əlavə investisiya qoymaq lazımdır və bu iki şirkət buna investisiya qoymaqda maraqlı deyil.

Elxan Şahinoğlu: “BP-də faktiki xarici şirkətdir və Azərbaycanda fəaliyyətini davam etdirir”.

Çünki üst hissədə neftin çox hissəsi artıq istismar edilib. Alt hissələrdə də kəşfiyyat işlərinə ehtiyac var.

Onlar da düşünür ki, alt qatlara o qədər investiya qoyub az qazanc qazanmaqdansa, səhmləri satmaq daha yaxşı qərardır. Bu iki şirkət bazarı tərk etsə də onların yeri boş qalmayacaq.

Başqa neft şirkətləri həmin səhmləri alıb işləri davam etdirəcəklər. Bunların siyasi məsələlərlə heç bir əlaqəsi yoxdur.Dəfələrlə müxtəlif şirkətlər səhmləri alıb və satıb.İndi də ən böyük pay BP şirkətindədir. BP-də faktiki xarici şirkətdir və Azərbaycanda fəaliyyətini davam etdirir”.

Sübü ƏZİZOVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar