Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara dəniz-Azov hövzəsində energetikla savaşları: Ukrayna böhranında Amerikanın beş hədəfi

Mehmet Ali Güller

Cumhuriyet (Türkiyə), 04.12.2018

Ukrayna böhranını anlamağın yolu, hər şeydən qabaq, ABŞ-ın mövqeyini başa düşməkdən keçir. ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci il fevralın 3-də CNN-ə müsahibədə bu mövqe haqda sıradakı “etirafı” edib: “Putin Maydandakı etirazlarda ona görə qəfil yaxalanmışdı ki, biz Ukraynada hakimiyyət dəyişikliyində vasitəçi kimi çıxış etdik”.

Yaxşı, amma ABŞ niyə Ukraynada vasitəçiydi?

Qara dəniz ABŞ üçün azman geostrateji önəmə malikdir – bu, hər şeydən əvvəl, Rusiyanın güneydən mühasirəyə alınması, boğazların saxlanması, Şərqi Avropa üzərində nəzarətin qorunması, Qafqaz üzərində nəzarət əldə etmək, oradan isə Xəzər hövzəsinə çıxış və əlbəttə, Türkiyə üzərində nəzarətdir…

ABŞ-ın Qara dəniz strategiyası

1.ABŞ ilk təşəbbüsü 2004-də göstərərək Bolqarıstan və Rumıniyanı NATO sıralarına qəbul edib. ABŞ beləliklə NATO vasitəsilə bu ölkələrin limanlarına girmək imkanı qazanıb.İkinci addım Gürcüstan üzərindən atılıb: 2003-də “qızılgül inqilabı” nəticəsində hakimiyyətə gəlmiş/gətirilmiş Mixail Saakaşvili öz ölkəsini ABŞ-ın Rusiyaya qarşı əməliyyat meydanına çevirdi. 2006-da Gürcüstanda NATO xarici işlər nazirlərinin görüşündə üzvlüyə qapı açılıb, NATO-nun 2008-ci il 2-4 aprel sammitində isə üzvlük üçün parlamentdə uyğun normativ sənədlərin qəbul edilməsi tələbi səsləndirilib.

2.Osetinlər Saakaşvilinin Qərbyönlü siyasətinə qarşı çıxaraq referendumda 90% səslə müstəqillik tələb ediblər. Saakaşvili NATO sıralarına dəvətdən istifadə edərək 2008-ci il avqustun 8-də Cənubi Osetiyaya hücum edib. Rusiyanın hərbi cavabı amansız idi; ABŞ-dan gözlənilən hərbi yardım ala bilməyən Saakaşvili qaçıb! (O, son illərdə Ukraynada qubernator postu tutub və nəticədə Gürcüstan vətənaşlığından olub!)

3.Üçüncü təşəbbüsü Ukraynada göstəriblər. Əvvəlcə 2003-cü ildə “narıncı inqilab” işə salınıb. Bundan sonra Gürcüstanda olduğu kimi NATO-ya üzvlük qapısı açılıb. Amma sonradan Ukraynada Amerikayönlü mövqe tutmayan administrasiya meydana çıxıb. Obamanın etiraf etdiyi kimi, ABŞ onda 2014-cü ildə Maydan hadisələri nəticəsində çevriliş həyata keçirib və Yanukoviçi devirib.

Rusiyanın cavabı bu dəfə çox amansız olub: Krımı özünə birləşdirib və Ukraynanın şərqində Rusiyayönlü separatçı əhvali-ruhiyyəni dəstəkləyib! Bundan başqa, Rusiya Kerç boğazında Krımı onun əsas qitə hissəsiylə birləşdirən körpü salaraq Azov dənizinin qapalı dənizə çevrilməsi üçün addımlar atıb.

Energetika savaşları

Amma Ukrayna məsələsi energetika ölçüsü üzündən təkcə ABŞRusiyaya deyil, həm də Almaniya /AB və Türkiyəyə də toxunur. Axı Rusiya qazının 50 milyard kubmetr həcmdə ən böyük istehlakçısı olan Almaniyanın Rusiya qazını Ukrayna və Polşadan yan keçməklə Baltik dənizi üzərindən alacağı tranzit ölkə kimi Ukraynanın dəyərini, habelə Berlinin Vaşinqtondan asılılığını azaldır. Eyni dərəcədə Rusiya təbii qazını Qara dəniz üzərindən Frakiyaya (oradan isə cənubi və cənubi-şərqi Avropaya) verəcək “Türk axını” da Ukraynanın “tranzit dəyəri”ni aşağı salır.

Deməli, ABŞ-ın energetika naziri Rik Perri deyib: “Biz “Türk axını” və “Şimalm axını-2”-yə (12.11.2018) qarşı çıxmağı sürdürəcəyik”. Ukranyanın təbii qaz bazarı məsələləri üzrə şurasının başçısı Leonid Uniqovski isə “Türk axını”nın inşası bitəndən sonra Ukrayna üzərindən təbii qaz tranzitinin ildə 13 milyard kubmetr azalacağına diqqət yetirərək deyib ki, bütün səylər boru kəmərinin ikinci qanadının inşasına yol verməməyə yönəlməlidir (22.11.2018). Bundan savayı, iki ölkə ABŞ və Ukrayna arasında strateji tərəfdaşlıq haqda birgə bəyanatda qeyd edib ki, “Şimal axını-2” və “Türk axını”nın inşasının dayandırılması üzrə səylərin əlaqələndirilməsini sürdürəcəklər. (16.11.2018).

2017-ci ildə Ukrayna üzərindən Rusiya təbii qazı tranzitinin 94 milyard kubmetr olduğu gözə alınsa, energetika savaşının miqyası da aydın olar.

Fitnəkarlığın beş səbəbi

Bu mənzərəni nəzərə alaraq ABŞ və Ukraynanın üç hərbi gəminin Kerç boğazından qanunsuz keçid cəhdiylə bağlı bu yaxınlardakaı fitnəsinin sıradakı hədəflərini seçmək olar:

1) Ukraynada ABŞ-ın bazasını açmaq üçün siyasi iqlim yaratmaq;

2)ABŞ/NATO gəmilərini Qara dənizdə və Azov dənizinə yaxın yerləşdirmək;

3)Azov dənizi sahilində Ukraynanın bazasını açmaq;

4)Energetika marşrutları yaratmaqda Rusiyaya mane olmaq və onu iqtisadiyyatca zəiflətmək;

5) Daxili siyasətdə Poroşenkoya basqını azaltmaq və Ukraynada seçkiləri təxirə salmaq.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar