Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəməndə 400 min uşaq aclıqdan ölə bilər

Dünya Ərzaq Proqramının direktoru həyəcan təbili çalır

Yəmənə iki həftə bundan əvvəl səfər edən Dünya Ərzaq Proqramının direktoru Deyvid Besli Sənada xəstəxanada aclıqdan zəifləmiş çox sayda uşaq gördüyünü bildirib. O deyib ki, onun gördüyü uşaqların sağ qalmaq şansı var. Lakin o bildirib ki, xəstəxanada onun görə bilmədiyi uşaqların çoxu yer və müalicə imkanı olmadığı üçün evlərinə qaytarılıb və onların taleyi dərin narahatlıq doğurur.

Besli deyib ki, Yəməndə müharibə nəticəsində yaranmış humanitar vəziyyətlə əlaqədar hər 10, ya da 11 dəqiqədə bir uşaq ölür. Onun sözlərinə görə, Dünya Ərzaq Proqramı ciddi şəkildə qidasızlıqdan əziyyət çəkən təxminən iki milyondan uşaqdan bir milyonuna yardım göstərə bilər. Lakin təşkilatın əsas etibarilə Hutilərin nəzarətində olan ərazilərdə yaşayan digər bir milyon uşağa yardım etmək imkanı yoxdur.

Bizim bu uşaqlara dərhal kömək etmək imkanımız olmasa, növbəti br neçə ay ərzində 400 min uşaq ölə bilər. Vəziyyət bu dərəcədə realdır, bu dərəcədə dəhşətlidir.

Besli eyni zamanda bildirib ki, o, Yəmənə səfəri zamanı Huti liderləri ilə onun özünün və komandasının üzvləri arasında danışıqların vəziyyətin dəyişməsinə gətirib çıxara biləcəyinə ümid bəsləyir. “Çünki bu bir milyon uşağa kömək edə bilməsək, onlar öləcək. Bizim təxminlərimizə görə, bizim bu uşaqlara dərhal kömək etmək imkanımız olmasa, növbəti br neçə ay ərzində 400 min uşaq ölə bilər. Vəziyyət bu dərəcədə realdır, bu dərəcədə dəhşətlidir”-deyə o bildirib.

Dünya Ərzaq Proqramının direktoru bildirib ki, ölkə iqtisadiyyatı üç ildən artıqdır sürən müharibədən sonra çökmək həddindədir. Onun sözlərinə görə, 12 milyon insan aclıq çəkir və ölkə ərzaq idxal etməyə məcbur olduğu üçün ərzaq qiymətləri sürətlə artır.

Deyvid Besli deyib ki, müharibə edən tərəflərin fiziki və psixoloji cəhətdən “tükənməsi” onda müharibənin sona çatacağı ilə bağlı zəif ümid yaradır.

“Mənim söhbət etdiyim insanlardan aldığım təəssürat odur ki, onlar həll yolu istəyir. Gəlin ümid edək ki, sabah, ya da o biri gün başlayacaq sülh danışıqları bizə bu ölkənin uşaqlarına kömək edə bilməyimiz üçün bir yol açacaq”-deyə o bildirib.

Dünya Ərzaq Proqramı Yəməndə 8 milyon insana ərzaq çatdırmaq üçün ayda 100 milyon dollar sərf edir. Besli bildirib ki, ciddi şəkildə qidasızlıqdan əziyyət çəkən insanların sayının 12 milyona çatacağı gözlənilir. Bu isə insanların ərzaqla təmin edilməsi üçün ayda 160 milyon dollara ehtiyac olduğu deməkdir.(Amerikanın səsi)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar