Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibkar gömrüyün dəyəşən üzlərindən və dəyişməyən qaydalarından şikayətçidir

Sahibkar gömrük şefini ifşa etdi... - "Əvvəl alınan 1 manatın üstünə 40-50 qəpik də qoyublar"

Redksiyamıza göndərilən məktubu vergülünə nöqtsinə əl dəymədən oxuculara çatdırırıq. Şikayətçi Emil bəy yazır:

"Hörmətli redaksiya, yazdıqlarınızdan belə çxır ki, DGK-nə yeni təyin olunmuş sədr Səfər Mehdiyev Komitədə hansısa dəyişikliklər edəcək.... Yazdığınıza doğrudan da inanırsınız? Mən necə illərdir bu gömrükdən keçirəm. Özüm də olmasam, bizim mallar keçir. Həmişə də hər şeyin və hər kəsin haqqını verirəm. Əvvəl də belə olub, indi də belədir. Sizi inandırım ki, eyni adamlar və eyni üslüb görürəm.

Düzdür bəzi gömrükçülər dəyişir, əvvəl köhnələr fironluq edirdilər. İndi isə onları elə yeni gömrükçülər əvəz edib. Səfər Mehdiyev gələni isə heç nə dəyişməyib. Yenə haqqı alırlar. Daha da artırıblar. Əvvəl alınan 1 manatın üstünə 40-50 qəpik də qoyublar. Səfər Mehdiyev sadəcə yuxarılarda dəyişiklik edərək öz kadrlarını gətirdi. İş üslübu da, alınan rüşvətlər də öz yerindədir.

İnanmırsınızsa, bir dəfə gəlin, özünüz gömrükdən keçin. Onda görərsiniz. Amma elə gəlin ki, elə bilsinlər sadəcə vətəndaşsınız. Yoxsa o şou göstərən jurnalistlər kimi yox. Düşüb Səfər Mehdiyevin arxasına güya gömrüyü yoxlayırlar. Ay hay...

Həm də, hörmətli redaksiya, güya Səfər Mehdiyev bəyəm qıraqdan-zaddan gəlib? Elə o komitədə sədrin 1 ci müavini idi. Bütün o neqativ dediyiniz işlərin içində idi. Yoxsa o sədrin 1-ci müavini ola bilərdi? Ordan konvertdə hər ay böyük summalarda “paket” ala bilərdi? Ona görə nə özünüzü nə də bizi yormayın. Səfər Mehdiyev sadəcə öz komandasını yığır və yenə də gömrükdə bizim dərimizi soyurlar. Dedikıləri haqqdan 1 qəpik aşağı ver görüm, malın keçə bilir?

Hörmətlə: Emil" (teref.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar