Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn ildən dövlət xəstəxanalarının hamısı pullu olacaq - Video

Növbəti ildən etibarən bütün dövlət xəstəxanaları publik hüquqi şəxsə çevriləcək. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Xəzər TV-yə deyib ki, dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsi icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə bağlıdır.

İcbari tibbi sığorta sisteminin mövcudluğu şəraitində dövlət xəstəxanası statusunun qalması sığorta münasibətlərinin tam həyata keçirilməsinə mane olur.

Nazirlik rəsmisi dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib. Pərviz Abubəkirov deyir ki, vətəndaşların narahatlığına heç bir əsas yoxdur.

Pərviz Abubəkirov vurğulayıb ki, icbari tibbi sığorta sistemində baza zərfinə aid olmayan tibbi xidmətlər, transplantasiya, estetik, kosmetik müalicə və əməliyyatlar dövlət xəstəxanalarında pullu olacaq.

İcbari Tibbi Sığorta Agentliyindən də Xəzər Xəbər-ə bildirildi ki, icbari tibbi sığorta tam tətbiq edildiyi zaman baza zərfinə daxil olmayan xidmətlərin sayında və çeşidində dəyişikiklər ola bilər. Sistem tam işə düşdükdən sonra icbari sığorta sisteminin əhatə etməyəcəyi tibbi xidmətlər publik hüquqi şəxsə çevriləcək dövlət xəstəxanalarında pullu olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar