Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris küçələrində qaynar gənclik, parlaq diplomatiya və prezident kürsüsü...

Gürcüstanın yeni prezidenti Salome Levonovna Zurabişvili 1952-ci ildə Fransanın paytaxtı Parisdə anadan olub

Valideynləri Gürcüstanı 1921-ci ildə tərk edərək Fransaya sığınıblar. Salomenin babası İvan İvanoviç Zurabişvili menşevik hökumətində (1918-1921) təmsil olunurdu. Sovet hökuməti qurulandan sonra İvanoviç ailəsi ilə birgə ölkəni tərk etməyə qərar verir.

Salomenin ana tərəfdən ulu babası Niko Nikoladze tanınmış gürcü maarifçisi idi. Gürcüstanda Poti limanının qurulmasında və dəmir yolunun çəkilməsində onun böyük rolu olub.

Fransaya gələndə Salomenin atası Levon İvanoviçin 15 yaşı vardı. Bu ölkədə təhsilini davam etdirən atası sonra avtomobil zavodunda mühəndis kimi faəliyyətə başlayır. Öz soy-kökünü heç vaxt unutmur və bütün şüurlu həyatını boyunca gürcü diasporunu inkişaf etdirməyə çalışır.

Levon İvanoviç Fransadakı Gürcü Cəmiyyətinin sədri idi və Fransada pravoslav kilsəsinin açılmasına yardım etmişdi. Salomenin anası Zeynəb Kediya isə Fransada ali təhsil alsa da, evdar qadın olub.

Atasının vətənə bağlılığı qızına da keçmişdi. Salome uşaq yaşlarından gürcü dilini, gürcü tarixi və ədəbiyyatını öyrənməyə başlamışdı. Gürcüstanı görə bilmək ən böyük arzusu idi. Bununla belə, Zurabişvili Gürcüstana ilk dəfə 36 yaşında gələ bilmişdi.

Atasından təsirlənən gənc Salome sovet liderlərinin səfərlərinə etiraz olaraq Parisdə keçirilən nümayişlərə qatılır, dostları ilə birgə gürcü dilində qəzet çıxarır, gürcü dissidentlərin məqalələrini tərcümə edirdi.

Beynəlxalq əlaqələr Salomeni hələ uşaq yaşlarından özünə cəlb etmişdi. Bundan başqa, onun ədəbiyyat, tarix və jurnalistikaya da böyük marağı var idi.

Gələcək prezident 20 yaşında Paris Siyasi Elmlər İnstitutunu bitirib. Bir il sonra isə ABŞ Kolumbiya Universitetinin (məşhur mütəxəssis Zbiqnev Bjezinskinin dərs dediyi) də diplomunu alıb.

Həmin illərdə Salome nəinki gürcü, eləcə də fransız, rus, ingilis, alman və italyan dillərində sərbəst danışırdı. Dillərə olan marağı, müxtəlif millətlərin mədəniyyətini öyrənməsi və yaxşı təhsil Zurabişvilinin peşə seçimini müəyyən etmişdi. Salome diplomat olmağa qərar vermişdi.

Diplomat kimi ilk iş yeri Fransanın İtaliyadakı səfirliyi olub. Orada ikinci dərəcəli vəzifə tutub. Zurabişvili İtaliyaya özü ilə nənəsindən ona yadigar qalan taxta sandığı da aparır. Vaxtilə nənəsi Rusiyanı tərk edərkən bu sandığı özü ilə götürübmüş.

Sonralar Salome uzun çəkən ezmiyyətlərinin hamısına bu sandığı aparırdı. İtaliyadan sonra Zurabişvili üç il BMT-nin Nyu-Yorkdakı baş ofisində Fransa üzrə nümayəndənin ikinci katibi işləyib. Bunun ardından Vaşinqtonda, Vyanada müxtəlif vəzifələrdə çalışıb. 80-ci illərin sonu 90-cı illərin əvvələrində Fransanın Çaddakı səfirliyində fəaliyyət göstərib.

1993-96-cı ilərdə Fransanın NATO-dakı daimi missiyasının birinci katibi olub. 2003-dək Fransanı Avropa Birliyində təmsil edib. Həmin il Fransanın Gürcüstandakı səfəri təyin olunub.

2004-cü ildə prezident Mixail Saakaşvili Parisdən Zurabişvilini vəzifədən azad etməyi xahiş edib. Və bəyan edib ki, bu səviyyədə diplomat öz tarixi vətənində çox gözəl xarici işlər naziri ola bilər. Düzdür, Zurabişvili bu postda cəmi bir il qaldı. Səbəb də, onun Saakaşvili ilə münaqişədə olması idi.

2005-ci ilin noyabrında Zurabişvili müxalifyönlü “Gürcüstan yolu” partiyasını yaratdı. Sonrakı illər Saakaşvili ilə mübarizəni davam etdirdi və Gürcüstan siyasətində aktiv rol aldı. Lakin 2010-cu ilin noyabrında siyasətdən getdiyini bəyan etdi.

Vətənə ikinci qayıdışı uzun çəkmədi. Siyasi səhnəyə qəfil daxil olan milyarder Bidzina İvanişvilinin koalisiyanı dəstəkləmək üçün Zurabişvili 2012-ci ildə Gürcüstana gəldi. 2013-cü ildə Gürcüstandakı prezident seçkilərində namizəd olmaq istəsə də, onu ikili vətəndaşlığına görə qeydə almadılar.

2016-cı ildə parlamentə seçilməklə Gürcüstan siyasətinə birdəfəlik qayıtmış oldu. Və nəhayət müstəqil namizəd kimi prezident seçkilərinin qalibi oldu.

Zurabişvili iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Koki Qorcestani ilə 22 yaşında İtaliyada işləyərkən tanış olub. Koki Qordcestaninin atası İrandan olan gürcü, anası ukraynalı idi.

Kokinin atası 1913-cü ildə işləmək üçün İrana gedib və orada bu ölkənin vətəndaşlığını qəbul edib. Lakin onu məcbur ediblər ki, Quqişvili soyadını dəyişərək Qorcestani (Gürcüstandan olan) ilə əvəzləsin.

Zurabişvilinin hazırda ABŞ-da yaşayan keçmiş əri seçki ərəfəsi gürcülərə açıq məktubla müraciət edərək onlardan keçmiş xanımını dəstəkləmələrini xahiş etmişdi.

Zurabişvili birinci əri Kaşiya və övladları ilə birgə

Zurabişvilinin özünün etiraf etdiyinə görə, əri ilə ayrılması ona olduqca pis təsir edib. Lakin hər ikisi başa düşürdü ki, çox fərqlidilər, hətta iki övladları belə, onların evliliyini qoruya bilməz.

Koki ilə boşanandan sonra Salome iki övladı ilə birlikdə Çada üç illik işləməyə yollanır. Hazırda Salomenin oğlu Teymuraz BMT-nin Nyu-Yorkdakı ofisində çalışır. Qızı Ketevani isə Fransa telekanalında proqram aparıcısıdır. Siyasi mübarizə illərində və seçkiöncəsi kampaniya zamanı onlar dəfələrlə Gürcüstana gələrək analarına dəstək veriblər.

Salome ikinci həyat yoldaşı – məşhur sovet dissidenti, filosof Janri Kaşiya ilə Vyanada tanış olub. Kaşiya 80-ci illərin əvvələrində məcburən Gürcüstanı tərk edib. Avropada “Azadlıq”, “Amerikanın səsi” radiostansiyalarında işləyib.

Gürcüstan müstəqilliyini qazanandan sonra Kaşiya vətəninə qayıdıb və jurnalist kimi fəaliyyətə başlayıb. Salomedən 12 yaş böyük olan Kaşiya 72 yaşında dünyasını dəyişib.

“O mənim həyatımın ən böyük məhəbbəti idi. Böyük acıya baxmayaraq, mən nə vaxtsa belə bir adamla yaşadığıma görə çox xoşbəxtəm. O mənim həyat yoldaşım yox, ən yaxın dostum və silahdaşım idi”, – deyə Zurabişvili Kaşiya danışarkən bildirib.

Bütün həyatı boyu Zurabişvilinin ən çox maraqlandıran ayrı-ayrı xalqların mədəniyyəti və Gürcüstan tarixi olub. Zurabişvili Gürcüstana və diplomatiyanın həssas yönlərinə həsr olunmuş bir neçə kitabın müəllifidir.(Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar