Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstanda hakimiyyət dəyişə bilər” - Politoloq

“Gələn ildən  Ermənistan rəhbərliyi çalışacaq ki, Abxaziyadan dəmir yolunun və Osetiyadan keçən quru yolun açılmasına nail olsun”

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin ermənipərəst ölkə Fransada doğulması, seçkiqabağı təbliğat dönəmində ermənilərə olan simpatiyasını büruzə verməsi onun qarşıdakı 6 illik prezidentliyi dönəmində rəsmi Tiflisin Ermənistanla və Azərbaycanla münasibətlərdə necə davranacağı məsələsini gündəmə gətirir.

Məlum olduğu kimi, illərdir Ermənistan RusiyaErmənistanla birləşdirən Abxaziya dəmir yolunun açılması üçün çalışır. İşğalçı ölkə bununla blokada rejimindən bir qədər qurtulmaq istəyir. Gürcüstana ermənilərə isti münasibəti olan şəxsin prezident seçilməsi Ermənistanın bu istəyinin reallaşmasına səbəb ola bilərmi? Gürcüstan Ermənistana əlavə nəfəslik verərsə, Azərbaycan hansı addımları ata bilər?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim “Gürcü Arzusu” Partiyasının dəstək verdiyi Salomi Zurabişvilinin qalib olmasının heç də bu  ölkənin xarici və daxili siyasətində ciddi rol oynayacağı real görünmür. Çünki əsas siyasi hakimiyyət hökumətə məxsusdur, prezidentin konstitusion səlahiyyətləri məhduddur. Prezident yalnız xarici siyasətdə müəyyən təşəbbüslər irəli sürə bilər: “Prezident birləşdirici faktor rolunu oynayır. Təbii ki, Salomi Zurabişvilinin seçilməsində ölkəmiz üçün əsas narahatedici məqam Fransada erməni lobbisi ilə əvvəldən  yaxın əlaqələrinin olması, hazırda  bu əlaqələri  davam etdirməklə, onların tövsiyələri ilə  Rusiya-Ermənistan dəmir yolunun Abxaziyadan keçən hissəsinin açılması məsələsidir.

Həqiqətən də Zurabişvili seçki təşviqatında ermənilərə müsbət simpatiya sərgiləmiş oldu. Bu da təbii ki, əsaslı narahatlıq yaradır. Çünki Gürcüstanda azərbaycanlılara qarşı fərqli siyasət həyata keçirilə bilər. 

Hesab edirəm ki, yeni prezidentin Qərblə əlaqələri, həmçinin Ermənistanın yeni qərbpərəst hökuməti ilə təmasları sıxlaşdırmaq reallığı görsənir. Bu da yenidən Azərbaycanın əleyhinə yönələn fəaliyyətə səbəb olar. Bununla da qeyd etdiyim kimi, həm Cənubi Osetiyadan quru yolun açılması, həmçinin Abxaziyadan dəmiryol xəttinin fəaliyyətə başlaması təşəbbüsləri ortaya çıxar. Onsuz da gürcü hökuməti bir neçə dəfə İsveçrədə Rusiya ilə Abxaziya dəmir yolunun açılması ilə bağlı görüşlər keçirib. Rəsmi Bakının etirazları və Moskvanın müəyyən şərtləri Tiflisin geri çəkilməsinə səbəb oldu. Bundan əlavə, hesab edirəm ki, Gürcüstanda prezident və hökumət oliqarx Bidzina İvanaşvilinin məsləhəti və göstərişi ilə hərəkət edir. İvanaşvili yaxşı bilir ki, prezident Ermənistana nəfəslik açarsa, bu, Azərbaycanla strateji tərəfdaşlığın sonu ola bilər. İvanaşvilinin ilk hakimiyyət illərində bu təşəbbüs fiaskoya uğramışdı. Yenidən bu məsələnin qaldırılması birbaşa Gürcüstanın öz milli təhlükəsizlik maraqlarına yönəlmiş addım olardı. Digər tərəfdən, yeni prezident də, hər halda, nəzərə almalıdır ki, Ermənistan Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edir. Ermənistanın xeyrinə istənilən qərar həm də Gürcüstanın öz ərazi bütövlüyünə hörmətsizliyi olar. 

Politoloq hesab edir ki, gələn ildən  Ermənistan rəhbərliyi çalışacaq ki, Abxaziyadan dəmir yolunun və Osetiyadan keçən quru yolun açılmasına nail olsun. Amma bu, Salome Zurabişvilinin reallaşdıracağı iş deyil: “İvanaşvili prezidentə bu imkanı verməyəcək. Ona görə ki, ölkəni pərdə arxasından Bidzina İvanaşvili idarə edir”.

M.Əsədullazadə vurğuladı ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Hazırda şəxslər üzərində qurulmayan əlaqələrə malikdir. İki ölkə bağlanmış müqavilələr çərçivəsində yüksək əlaqələri inkişaf etdirir. Rəsmi Tiflis Azərbaycan və hətta Türkiyəni qarşısına alıb, erməni avantürasına gedəcəyi təqdirdə, Gürcüstanda hakimiyyət dəyişə bilər: “Bir məsələni qeyd edim ki, Azərbaycan Gürcüstana milyardlarla investisiya qoyub, bu ölkənin iqtisadi inkişafına töhfə verib. Ölkə boyu qazlaşdırmanı həyata keçirib. Əgər Gürcüstan Ermənistana nəfəsliyi bərpa edərsə, bu, Gürcüstanın iqtisadi defoltuna gətirə bilər. Azərbaycan bu ölkədən investisiyasını çıxaracaq, güzəştli qiymətlərlə satdığı  qazın qiymətini qaldıracaq, ikili layihələrə son qoyacaq. Bu, Gürcüstan üçün arzuolunmaz nəticədir. Gürcüstan prezidenti Rusiya ilə müharibə şəraitində, Azərbaycanla münasibətləri korlasa, avtomatik Türkiyə ilə də iqtisadi əlaqələr Ankara tərəfindən kəsiləcək. Bundan sonra Ermənistan Gürcüstana nə verəcək?! Nəzərə alaq ki, ABŞ-ın da İrana sanksiyaları çərçivəsində Ermənistan-İran sərhədi hər an bağlana bilər. Həmçinin Vaşinqton da Rusiyanın Cənubi Qafqazda nüfuzunun bərpa edilməsində rol alan dəmir yolunun açılışına qarşı çıxar. Bu kimi problemləri Tiflis çox gözəl anlayır, ona görə də Ermənistana nəfəslik vermək kimi risk edə bilməyəcək. Yox, əgər bu təşəbbüslər ölkəmizə şantaj kimi həyata keçirilərsə, Tiflisə iqtisadi rıçaqlarla, həmçinin siyasi olaraq təzyiq etmək Azərbaycanın əlindədir. Gürcüstan və Azərbaycan regionda bir-birinə bağlı dövlətdir. Heç kim bu bağlılığı qırmağa cəhd edə və qıra bilməz”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar