Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi: Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır

Müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır

Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.

Nazirlik rəsmisi deyib ki, Bakıda qadın, bölgələrdə kişi direktorlar çoxdur.

M.Camalzadə əlavə edib ki, İnsan Resursları Mərkəzi tərəfindən müəllim və direktorların gender balansı inzibati formada tənzimlənmir: "Yəni hansısa rayon üzrə qadın, yaxud kişilərin müsabiqəyə təşviq edilməsi üçün iş aparılmır. Ümumilikdə isə ölkədə təhsil sistemində qadınların payı kişilərdən daha çoxdur. Amma müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, bu sahədə kişilərin sayının artması tendensiyası var, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır".

Azərbaycanda gənclərin təhsil sahəsində işləməyə marağının artdığını deyən M.Camalzadə qeyd edib ki, son 5 il ərzində Azərbaycanda təhsil sahəsində 30 minə yaxın gənc işə qəbul edilib.(Trend)

pia.az


Etiket: Pedaqoji sahə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar