Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC və OPEC+ hasilatın azaldılmasını müzakirə edəcək

"Qarşıdakı OPEC və OPEC+ görüşlərində hasilatın azalması zərurəti, habelə üzv ölkələrdən xam neft ixracatına məhdudiyyət qoymaq barədə müzakirələr davam edəcək"

Bunu Rusiya Energetika İnstitutunun elmi işçisi, “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin Qiymət Yaranması və Təbii İnhisarların Tənzimlənməsi İnstitutunun aparıcı eksperti Dmitri Qruşevenko deyib.

Onun sözlərinə görə, hələlik hasilatı azaltmaq qərarının verilib-verilməyəcəyi bəlli deyil: "Bu məsələdə Qətərin OPEC-dən çıxıb bir növ həmin təşkilatın iştirakçıları üçün nəzarətdən kənar qalması da mühüm rol oynayıb. Bununla belə hasilatın azaldılması ilə bağlı Qətərin öhdəliklərini qalan iştirakçılar arasında bölüşdürmək lazım gələcək ki, nəticədə danışıqlar uzanacaq və mürəkkəbləşəcək”.

Rusiyalı ekspert vurğulayıb ki, hələlik OPEC və OPEC+da başlıca oyunçular işlər çətinləşdiyi vaxtda gülümsəməyə çalışırlar.

“Təşkilat iştirakçıları üçün rahat olan qiymətlər qəfildən dəyişməyə başlayıb və artıq bir barel üçün 60 dollar əsas iştirakçı ölkələrin büdcələri və neft sənayeləri üçün məqbul kimi qələmə verilir. Bunun həqiqət ola biləcəyini başa düşmək lazımdır”, – D.Qruşevenko bildirib.

Onun fikrincə, neft ölkələrinin iqtisadiyyatları üçün bir barelin qiymətinin 70-80 dollar olması indiki 60 dollardan əlbəttə, daha yaxşıdır və elə ona görə də hasilatın azalması zərurəti, yaxud üzv ölkələrdən xam neft ixracatına məhdudiyyət gətirmək barədə müzakirələr davam edəcək.

Qeyd edək ki, bu həftə Vyanada OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası, OPEC üzv ölkələri nazirləri toplantısı, OPEC+ iştirakçısı olan 25 ölkənin nazirlərinin görüşü keçiriləcək. (Report)

pia.az


Etiket: OPEC və OPEC+

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar