Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Land Cruiser”lə gəldilər, dərhal silah çəkdilər...”

Rusiyanın Yamal-Nen Muxtar Vilayətində ötən gün baş vermiş və bir azərbaycanlının ölümü, ikisinin ağır yaralanması ilə nəticələnmiş atışmanın sensasion təfərrüatları məlum olub

Virtualaz.org xəbər verir ki, bu atışmada ölən Aqşin Həsənov, yaralananlar isə onun qohumları-Yalçın və Mais adlı qardaşlardır.

Rusiya KİV-ləri muxtar vilayətin Nadım şəhərində baş vermiş bu hadisəni iki azərbaycanlı quldur qruplaşması arasında biznes maraqları üstündə baş vermiş kriminal “razborka” adlandırmışdı. Amma münaqişənin hansı səbəbdən yarandığı, atəşi açanların kimlər olduğu məlum deyildi.

Nadımda baş vermiş atışmada xəsarət almış Yalçın Məmmədov yerli “Novıy den” (“Yeni gün”) agentliyinə hadisənin səbəbləri barədə danışıb. Həmin hadisə nəticəsində onun qohumu qətlə yetirilib, özü və qardaşı isə ağır yaralanıblar.

Onun sözlərinə görə, atəş açanlar yerli etnik mütəşəkkil cinayət qrupunun üzvləri kimi tanınan Axundov qardaşları olub. Səbəb isə, Yalçının sözlərinə görə, xəsarət alan ailənin onlara xərac ödəməkdən imtina etməsidir.

O əlavə edib ki, hər şey Axundov qardaşlarının onu söhbətə çağırmasından sonra başlayıb.

“Dörd nəfər gəlmişdilər – Cəmil və Qaraş Axundovlar və onların cangüdənləri. “Toyota Land Cruiser” avtomobilindən düşdülər. Söhbət olmadı, maşından çıxan kimi silah götürüb atəş açdılar. Özü də düz hədəfə vururdular”, - Yalçın deyib.

Yaralı danışıb ki, qardaşları ilə birlikdə həmin görüşə silahsız gəlmişdi. Yalçın iddia edir ki, qruplaşma şəhərdə fəaliyyət göstərən sahibkarlardan 2000-ci illərin əvvəllərindən xərac alır və “polisdən qorxmur”.

“Biz kasıb ailə sayılmırdıq, lakin iki il əvvəl onlara xərac ödəməkdən imtina etmişik. Dedim ki, bu düzgün deyil. Şəhərdə artıq söz-söhbət gəzir ki, qruplaşmanın rəhbəri cəzasız qalacaq, çünki kimsə atəş açdığını deyib, onun günahını öz üzərinə götürəcək”, - Məmmədov deyib.

O vurğulayıb ki, məşqçidir, uşaqlarla məşğul olur və heç vaxt əlinə silah götürməyib.

Xatırladaq ki. hadisə dekabrın 1-də baş verib. Atışmada Azərbaycandan gəlmiş miqrantlar iştirak edib. Hadisə iştirakçılarından biri öldürülüb, daha ikisi ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölən Aqşin Həsənov münaqişədə olan qruplaşmalardan birinin başçısı olub. Sərbəst güləş üzrə iki məşqçi – Yalçın və Mais Məmmədov yaralanıblar. Atışmada şübhəli bilinənlərdən biri saxlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar