Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elə bil ki, dünya liderləri ayrı-ayrı dünyalarda yaşayırlar” - Politoloq G20 sammitini şərh edir

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri: “Bu sammit daha çox siyasətdən kənar qalmaqallarla yadda qaldı”

“Dünyanın idarəçiliyində ən vacib məsələlər 2-3 dövlətdən asılıdır. Əgər həmin dövlətlər bir-birilə əlaqəli iş qura bilsələr, dünyadakı problemlər azalması istiqamətində prossesləri görmüş olarıq. Amma biz hazırda bunu tam əksini görürük və bu da o deməkdir ki, biz qlobal iqtisadiyyatda və siyasətdə daha ciddi problemlərlə üzləşəcyik”

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Argentinada keçirilən G20 sammitinin nəticələrini PİA.az- a şərh edərkən bildirib.

Noyabrın 30-da Argentinanın paytaxtı Buenos-Ayresdə öz işinə başlamış “G-20” (“Böyük iyirmilik”) sammiti dünən başa çatıb. İki gün davam etmiş sammitdə 19 ölkə lideri, BMTAvropa İttifaqının nümayəndələri, ümumilikdə 15 minə yaxın nümayəndə iştirak edib. Tədbirin gedişini 3 mindən çox jurnalist canlı izləyib. Təhlükəsizliyi təmin etmək üçün 20 min polis və xüsusi xidmət orqanının əməkdaşı cəlb edilib. Məlumatı TASS verib.

Qonaqları sammitə sədrlik edən Argentina Prezidenti Maurisio Makri “Kosta Salquero” salonunda qarşılayıb. Qarşılanma mərasimindən sonra liderlərin iştirakı ilə “Ədalətli və davamlı gələcək” mövzusunda seminar keçirilib.

Sammitin ilk günüdə əsas yadda qalan hadisə ABŞ, Kanada və Meksika arasında 25 illik Şimali Amerika Azad Ticarət Zonası haqqında müqaviləni (NAFTA) əvəzləyəcək yeni üçtərəfli ticarət müqaviləsi imzalanması olub.

Tədbir çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlər keçirilib, bir sıra beynəlxalq problemlər ətrafında müzakirələr aparılıb. Jurnalistlərin diqqəti əsasən RusiyaABŞ liderlərinin görüşüb-görüşməyəcəyi məsələsi üzərində cəmləşib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentlər Buenos-Ayresdə bir-birini salamlayıblar, ancaq onlar arasında ünsiyyət olmayıb. Putin və Trampın görüşdüyünü RF Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Ancaq o, görüşün hansı formada – əl sıxma, yoxsa başqa şəkildə olduğunu dəqiqləşdirməyib.

Ağ evin rəsmi nümayəndəsi də jurnalistlərə deyib ki, Amerika prezidenti tədbirdə “praktiki olaraq bütün liderlərlə” salamlaşıb.

Prezident Tramp isə bəyan edib ki, Putinlə müvafiq bir vaxtda görüşməyə hazırdır: “Dediyim kimi, Ukraynada, onun gəmiləri və dənizçiləri ilə bağlı baş verənləri nəzərə alsaq, hazırda görüş üçün münasib vaxt olmadığını görərik. Ancaq mən onunla görüşəcəyəm”.

ABŞ prezidenti əlavə edib: “Düşünürəm ki, bizim münasibətlərimiz çox yaxşıdır. Bizim Rusiya ilə, Çinlə və hamı ilə münasibətlərimiz yaxşı olacaq. Ona görə də mən Putinlə lazım olan vaxtda görüşəcəyəm”.

Donald Tramp Yaponiyanın Baş naziri Şindzo Abe ilə keçirdiyi görüşdə Kerç boğazında yaranmış vəziyyətin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib. “Baş verənlər xoşumuza gəlmir. Biz bundan narazıyıq, heç kim bundan razı deyil”, - deyə Tramp bildirib.

Bundan əlavə, ABŞ Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə Argentinada planlaşdırılmış görüşü Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini bir daha təsdiqləyib.

Sammit çərçivəsində Dünya Ticarət Palatasının əsasnaməsində dəyişiklilərin olunması əsas müzakirə obyekti olub. Tramp Dünya Ticarət Palatası ilə bağlı müzakirələr qatılmasa da sonrada əldə olunan razılaşmanı dəstəkləyib. Eyni zamanda ABŞ və Çin arasında əldə olunan razılaşma sammitin əsas hadisəsi olaraq qeyd olunub.

Sammitin sonunda yekun bəyannamə qəbul olunub.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Bu sammitdə o da açıq göründü ki, dünya liderləri dünyanın qayğısını çəkmək yerinə öz şəxsi ambisiyalarının qazanması üçün çalışırlar və amitsiyalar bütün sammitlərdə artıq önə çıxır”

G20 sammitinin bu dəfəki görüşünün iqtisadi məsələrədən daha çox siyasi məsələlərə, xüsusən də Kerç krizinin sammitə damğa vurduğunu vurğulayan Mübariz Əhmədoğluna görə sammitdə dünya liderləri siyasi-iqtisadi problemlərdən daha çox öz şəxsi ambitsiyalarının marağında olduqlarını ortaya qoydular. Politoloq hesab edir ki, qloballaşmaya marağın azaldığı bu dövrdə dünya məsələlərinin 2-3 dövlətdən asılı olması və onların da razılığa gələ bilməməsi gələcəkdə daha ciddi problemlərlə qarşılaşma ehtimalını gücləndirir:

“Dünyanı idarə edən institutların təsiri getdikcə azalır. Keçirilən bütün konfranslar və forumlar dünyadakı vacib məsələlərin həll artıq bir neçə şəxsin iradəsində asılı vəziyyət gətirilib. ABŞ isə ümumiyyətlə dünyada baş verən hər şeyin ö iradəsindən asılı olaraq həyata keçməsini istəyir və bunu açıq şəkildə nümayiş etdirir. Başa vurmaqda olduğumuz bu ilin əsas beynəlxalq sammitlərini yada salaq: Beynəlxalq Davos İqtisadi Forumu, təhlükəsizliklə bağlı Münhen Təhlükəsizlik Konfransı, G8 sammiti, indi də G20 sammiti. Bu sammitlərin hamısında fikir ayrılıqları özünü büruzə verib və açığı ABŞ-ın mövqeyi digər aparıcı ölkələri çıxılmaz vəziyyətdə qoyur. ABŞ sürətlə oyun qaydalarını dəyişir və digərləri də yeni və köhnə oyun qaydaları arasında çabalayırlar.

Əslində bütün bunlar göstərir ki, dünyanın idarəçiliyində ən vacib məsələlər 2-3 dövlətdən asılıdır. Əgər həmin dövlətlər bir-birilə əlaqəli iş qura bilsələr, dünyadakı problemlər azalması istiqamətində prossesləri görmüş olarıq. Amma biz hazırda bunu tam əksini görürük və bu da o deməkdir ki, biz qlobal iqtisadiyyatda və siyasətdə daha ciddi problemlərlə üzləşəcyik. Çox təəssüf ki. hazırkı vəziyyət belədir.G20 sammmiti əsasən ABŞ prezidenti Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü daha çox yadda qaldı. Onlar hələki bir-birilərinə qarşı ticarət savaşı aparmağı durdumaq haqqında qərar verdilər. Bu razılaşma dünyada başladılan ticarət savaşının səngiməsinə səbəb ola bilər.

Mübariz Əhmədoğlu: “ABŞ sürətlə oyun qaydalarını dəyişir və digərləri də yeni və köhnə oyun qaydaları arasında çabalayırlar”.

Başqa onu deyə bilərəm ki, demək olar bu sammit daha çox siyasətdən kənar qalmaqallarla yadda qaldı. Merkelin təyyarəsinin yolda xarab olmaması, Makronunu qarşılanmaması, Trampın Putinə əl uzatmamsı, Trampın sinxron tərcümə aparatını yerə tullaması kimi hadisələr bu dəfə ki, G20 sammirində daha çox diqqəti cəlb elədi.

Putin Tramla ayaqüstü söhbət etdiyini və Kerç krizi ilə bağlı Trampa məlumat verdiyini bildirsə də, həm Ağ ev, həm də Kremi bu barədə bir-birindən fərqli məlumatlar yaydılar. Ümumiyyətlə Kerç krizi sammit başlamamışdan öz kölgəsini G20-lərin üzərinə salmışdı.

Bütövlükdə isə dünya liderləri sanki bir-birlərinə yadlaşırlar. Elə bil ki, dünya liderləri ayrı-ayrı dünyalarda yaşayırlar. Bu sammitdə o da açıq göründü ki, dünya liderləri dünyanın qayğısını çəkmək yerinə öz şəxsi ambisiyalarının qazanması üçün çalışırlar və amitsiyalar bütün sammitlərdə artıq önə çıxır”.

Sübü ƏZİZOVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar