Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Kaşıkçı cinayəti barədə: “Vəliəhdin dediklərinə inana bilmədim”  

Argentinada baş tutan G20 ölkələri liderlərinin görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanla Camal Kaşıkçı cinayətini müzakirə edib

Görüşdən sonra mətbuata açıqlamasında Türkiyə prezidenti bildirib ki, şahzadənin məsələyə yanaşması onu qane etməyib.

“Səudiyyə idarəçiliyi tərəfindən öncə inkar edilən, ardından yayındırılmağa çalışılan, nəhayət, qəbul edilən bu cinayət Türkiyənin qərarlılığı sayəsində üzə çıxıb.

Kaşıkçı cinayəti bizim üçün alçaq bir cinayətdir və elə də qalacaq. Biz bu məsələyə siyasi məsələ olaraq yanaşmadıq.

Bu vəhşi cinayətin əmrini verənindən tətbiq edəninə qədər bütün günahkarları ortaya çıxarılmadan nə İslam dünyasının, nə də dünya ictimaiyyətinin qane olması mümkün deyil”.

Prezident bildirib ki, Səudiyyə Ərəbistanı cinayətin araşdırılması üçün lazım olan dəstəyi göstərmir.

Onun sözlərinə görə, vəliəhdin məsələyə yanaşmasını qəbul etmək mümkün deyil:

“Kanada baş naziri bu mövzunu açdı. Vəliəhdin cavabına inana bilmədim. “Sübut edilmədən Səudiyyə Ərəbistanını günahlandırmaq olmaz” mənasında bir cümlə işlətdi. Təbii ki, dediyinin hüquq dilində keçərliliyi var. Amma biz cinayətin sübutlarını göstərmişik, ifadələr var. Müvafiq strukturlar bunun planlı cinayət olduğunu deyir”.

Ərdoğan konsulluğun bütün yalanlarının ortaya çıxdığını dilə gətirib.

“Vəliəhd öz prokurorlarını göndərmək istəyəndə razılıq verdik. Gəldilər, araşdırma apardılar. Amma nəticələri bizimlə paylaşmadılar. Biz bütün araşdırmalarımızın nəticələrini onlarla bölüşdük”, - prezident vurğulayıb.(Oxu.Az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar