Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda dərman preparatları aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb

Belə ki, daxil olan məlumat əsasında Türkiyə Respublikasından“Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib.

Komitədən musavat.com-a daxil olan məlumata əsasən, əməliyyat qrupu tərəfindən həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduqdan sonra Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən dayanacaqda bir qrup şəxs tərəfindən gözlənildiyi, eyni zamanda dərman preparatlarının daşınması üçün əvvəlcədən “DAF TE47MS” markalı, 90 DF 262/99 ZA 866 dövlət nömrə nişanlı avtomobilin əraziyə gətirildiyi, bundan başqa ərazidə “Opel-Zafira” markalı, 99 LV 826 dövlət nömrə nişanlı və “QAZ-3302” markalı, 85 BE 759 dövlət nömrəli nişanlı nəqliyyat vasitələrinin dayandığı müəyyən edilib.

Tükiyə Respublikasından gələn “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsindəki dərman preparatlarının “DAF TE47MS” markalı nəqliyyat vasitəsinə boşaldılması zamanı əməliyyat qrupu prosesə müdaxilə edib və ərazidəki şübhəli bilinən və yuxarıda qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq Tovuz Gömrük Postunun inzibati binasının həyətinə gətirilib. Gömrük baxışı zamanı “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsinin yük yerindəki qutular boşaldılıb və həmin qutularda mal müşayiət sənədlərində göstərilməyən 419 adda, ümumi sayı 883 min 988 qutu dərman preparatları və mal müşayiət sənədlərində göstərilən 5 adda, ümumilikdə 537 qutu tibbi ləvazimat aşkar edilib.

Eyni zamanda “DAF TE47MS” və “QAZ-3302” markalı avtomobillərə keçirilən gömrük baxışı zamanı isə dərman qutularının yerinə qoyulması məqsədilə gətirilən və 72 qutuda qablaşdırılan 3adda, ümumilikdə 20 800 ədəd tibbi ləvazimat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar