Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən gənc pilot, ən uzunömürlü prezident - Buş ailəsinin başçısı öldü

Hələ sovet dövründə ABŞ haqda belə bir stereotip də vardı ki, orada sıradan bir adamın, tutaq ki, fəhlə oğlunun senator, qubernator, prezident seçilmək şansı yoxdur

Bu vəzifələr istisnasız olaraq milyonçular və sabiq generallar üçündür.

Sonralar bu qaydanı pozan nadir istisnalar olsa da, dünən vəfat edən 41-ci president Corc Buşun tərcümeyi-halı həmin düşüncənin xeyli dərəcədə həqiqət olduğundan xəbər verir.

Buşun avtobioqrafiyasının ilk cümləsinə diqqət edin: “Corc Herbert Uoker Buş 1924-cü il iyun ayının 12-də Massaçusets ştatının Milton şəhərində, senator ailəsində doğulub. Onun atası Preskot Buş həm də banker olub.

Bəli, adamın atası senator və bankir olub, özü uşaqlığından tam təminat içində yaşayıb, təhsil alıb. Yetkin yaşa çatanda onun da atası kimi senator, milyonçu olacağı şəkk-şübhəsiz idi. Təbii ki, o, bu var-dövlətə, atasının mövqeyinə güvənib harınlamamalıydı, yaxşı təhsil almalıydı.

Amma işə baxn ki, Corc Buş təhsilini yarımçıq qoyan gənclərdən olub. Niyə? Çünki II dünya müharibəsi başlayıbmış və o, 17 yaşındaykən orduya gedib, öz dövründə ABŞ-ın hərbi hava qüvvələrinin ən gənc pilotu olub.

Gənc Corc müharibəninin axırına qədər ordua sıralarında qalıb, elə bir fenomenal rəşadət göstərməsə də (bəlkə də göstərib, amma təvazökarlıq edərək bunu avtobioqrafiyasına qızıl sətirlərlə həkk etdirməyib), başını salamat saxlamağı bacarıb.
Sonra o, universitet təhsili də alıb, 1948-ci ildə Yal universitetini bitirib.

Onsuz da zəngin ailənin övladı olan Corc Buş ailəsi ilə birlikdə Texas (Teksas) ştatına köçüb, orada neft biznesi ilə məşğul olub. Neft ona əlavə sərvət qazandırıb və Corc 40 yaşında artıq milyonçuya çevrilib.

Siyasətin əsasən varlıların məşğuliyyəti olduğu dövrlərdə neft maqnatı Buş siyasətə meyllənib, konqresmen seçilib. Bir ara Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.

1980-ci ildə keçirilən prezident seçkilərində isə o, partiyadaşı Ronald Reyqana, keçmiş kino aktyrouna uduzub, amma Ronald Reyqan onunla dirəşən bu siyasətçini kənarda qoymayıb, ona öz vitse-prezidenti olmağı təklif edib. Beləcə, Reyqan-Buş cütlüyü ABŞ-ın başına gəlib.

Reyqan ABŞ tarixində ən yaxşı prezidentlərdən biri olduğu və dünya siyasətində parlaq siyasətçi kimi ad çıxardığı üçün ikinci dəfə də prezident seçilib, Buşun prezident olmaq arzusu isə 1988-ci ildə gerçəkləşib. Politoloqlar Buşun bu qələbəsini də əslində Reyqanın uğurlu siyasətinə bağlayılrar.

Çünki SSRİ-nin, sosializm düşərgəsinin, NATO-nun antipodu olan Varşava Müqaviləsi Təşkilatının çöküşü məhz Reyqanın dönəmində başlamışdı və bu, öz ölkəsində ona və partiyasına böyük nüfuz qazandırmışdı.

Corc Buş məhz bu nüfuzun kölgəsində, xalqın respublikaçılar bəslədiyi böyük etimadın sayəsində 1988-ci ildə prezident postuna yiyələndi. Ancaq SSRİ onun dövründə tarmar olsa da, ABŞ-ın şəriksiz hökmran olduğu yeni bir dünya yaransa da, Buş prezident postunda cəmi 4 il qala bildi, ikinci müddətə seçilə bilmədi və özündən daha gənc, demokrat Bill Klintona uduzdu.

Belə görünür ki, keçmiş MKİ direktoru o qədər də bacarıqlı siyasətçi olmayıb, xalqın içindən çıxmadığı üçün xalqın dilindən anlamayıb, onun sosial rifahını sələfindən və xələfindən fərqli olaraq, yaxşılaşdırmayb.

Bill Klintondan sonra isə Buş ailəsi ABŞ tarixində yeni bir tendensiya başlatdı. Bu, “siyasi sülalə” məsələsiydi. Bu dəfə 41-ci prezident Corc Buşun eyni ad-soyadlı oğlu Corc Buş ABŞ-ın 43-cü prezidenti oldu. Onun ikinci seçkisi daha qalmaqallı keçdi və seçkilərin nəticələrinə dair şübhələr hələ də qalmaqadadır. Çünki Corc Buşun Al Qor üzərindəki qələbəsi qardaşı Ceb Buşun qubernator olduğu Florida ştatında bülletenlərin yenidən sayılmasyla baş tutmuşdu.

Daha sonralar Corc Buşun qubernator oğlu Ceb Buş da ABŞ prezidenti olmaq fikrinə düşdü, ancaq bu dəfə ölkə siyasiləri Buş ailəsinin bu niyyətinə dəstək vermədilər, hesab etdilər ki, bir ailədən 3 prezidentin çıxması ağ olar.

Ata Corc Buş özünə baxan adam idi, hərbçi keçmişi ona sağlam həyat tərzi keçirməyi diqtə edirdi. Onun Teksas ştatında rançosu vardı, kənd mühitində yaşayır, ahıl yaşlarında belə at minirdi.

Onun ABŞ tarixinin ən uzun ömürlü prezidenti olmasının başlıca səbəbi də yəqin ki, budur.

O, uzun yaşadı, konqresmen, MKİ direktoru, vitse-prezident, prezident vəzifələrində çalışdı, bir oğlunun prezident, digərinin qubernator olduğunu gördü, amma axırda köçünü sürüb dünyadan getdi...(musavat.com)

Xalid KAZIMLI

pia.az


Etiket: Corc Buş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar