Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərman satışı tələblərinin pozulmasına görə cəzalar müəyyənləşib

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub

Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məlumat verib.

O vurğulayıb ki, dəyişikliyə əsasən, Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib:

“Belə ki, Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.

Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də, topdansatışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə - vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.

Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə - vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir”.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar