Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu tələbələrə tibb hüququ tədris olunacaq

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında hüquq elminin yeni sahəsi - tibb hüququnun tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb

İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, bu elmin tədris edilməsində məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.

Memorandumda hüquq və insan haqları sahəsində birgə elmi əməkdaşlıq, tibb hüququ elminin inkişafı, elmi konfransların, dəyirmi masaların, seminarların təşkil edilməsi, elmi məqalələrin və dərsliklərin nəşri, həmçinin tibb hüququ sahəsində milli qanunvericilik üçün layihə və təkliflərin işlənib hazırlanması, fiziki imkanları məhdud olan şəxslərin təlimi və inklüziv təhsili metodologiyasının inkişafı sahəsində təkliflərin hazırlanması öz əksini tapıb.

A.Mustafayeva qeyd edib ki, artıq institut tərəfindən tibb hüququ üzrə dərslik hazırlanıb və nəşr olunub. Gələn il bu dərslik rus dilində təhsil alan tələbələr və eləcə də geniş auditoriya üçün də əlçatan olacaq.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də tibb hüququnun tədrisinin əhəmiyyətindən danışıb.

O qeyd edib ki, ATU-da aparılan islahatların əsas məqsədlərindən biri tədris proqramlarının səviyyəsini beynəlxalq səviyyəyə çatdırmaq, onları məşhur tibb universitetlərinin proqramları ilə uyğunlaşdırmaqdır.

Rektor hesab edir ki, bu baxımdan tibb hüququnun 2019-cu ildən nəzərdə tutulan tədris proqramlarına daxil edilməsi çox vacib məsələdir.(trend)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar