Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Avropadakı nizamı da alt-üst etməyə girişib

“Böyük dəyişikliyin” Avropadakı məsul şəxsinin kimliyi bilindi

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 28 noyabr 2018-ci il

Prezident Tramp ABŞ-dakı oturuşmuş nizamı təməlindən dağıdaraq, yerində yeni bir nizam qurmağa çalışdığı bir vaxtda onun qlobal ayağını da unutmayıb. Belə ki, ABŞ-da nizam dəyişərkən, xüsusilə Avropadakı oturuşmuş nizamın da dəyişməsi üçün artıq Ağ Evdən düyməyə basılıb.

II Dünya Müharibəsindən sonra yaranan dünya nizamının ABŞ-dakı mərkəzi Trampın rəhbərliyilə dəyişərkən, bu nizamın Avropa ayağının da ona uyğun şəkildə dəyişməsinin lazım olduğuna qərar verilib.

Avropa üçün bunun mənası keçmiş dövlətçi, sosial-demokratik və sosialist praktikaları əsasında formalaşmış demokratiyaların millətçi, hətta neofaşist meylli güclər tərəfindən ələ keçirilərək, ABŞ-la uyumlu hala gətirilməsidir.

“Böyük dəyişikliyin” Avropadakı məsul şəxsi

Trampın sabiq baş strateqi Stiv Bennon, guya, onunla mübahisə edərək, vəzifəsindən ayrılmışdı. ABŞ mətbuatı hətta onların münasibətlərinin pozulduğu haqqında belə, yazılar nəşr edirdi. Halbuki bu, bir kəşfiyyat oyunu idi.

Əslində, “qlobal neofaşist dəyişikliyin” Avropa ayağını koordinasiya etmək vəzifəsi Stiv Bennona verilmişdi. Avropada güclənən, demək olar ki, hər bir neofaşist cərəyanın arxasında duran gizli adam odur. O, ABŞ dövlətinin təhlükəli Avropa oyununu koordinasiya edir. Polşa, Almaniya və Fransadakı hərəkatların arxasında duran da Stiv Bennondur.

Pis oyun

Avropa ölkələri liderlərinin hərdənbir ABŞ-a yönəlik sərt reaksiya verməsinin təməlində yatan səbəblərdən biri də bu pis oyunu görmələridir. Ancaq qlobal qaçqın problemlərilə də güclənən bu cərəyanlara qarşı keçmiş nizamın liderlərinin müqavimət göstərə bilməsi asan görünmür.

Parisdə nə baş verir?

Xatırlayırsınızsa, Trampa və onun ideologiyasına qarşı ən sərt və son çıxışı Fransa lideri Makron etmişdi. O, çıxışında millətçiliyin vətənpərvərlikdən fərqli bir şey olduğunu Trampın üzünə söyləmiş və oynanan pis oyunu anladığına eyham vurmuşdu.

Tramp bu çıxışa birbaşa cavab vermədi, lakin sonra Makrona çox ağır hücum etdi.

Yeni Paris Kommunası

İndi də o hadisələrdən az bir müddət keçəndən sonra, Paris küçələri anidən Makron əleyhinə nümayişlərlə birlikdə atəşə büründü. Yelisey Sarayına doğru hərəkət etmək istəyən Makron əleyhdarı olan nümayişçilər bir müddət küçələrdə Paris kommunasına bənzəyən mənzərələr yaratdılar.

Burada söhbət etdiyim bəzi ekspertlər, bu nümayişçilərin arxasında duranlardan birinin də Stiv Bennon olduğunu, demək olar ki, qəti şəkildə söyləyirlər.

Demokratik Partiya “dur” deyə biləcəkmi?

Demokratik Partiya daxilində Trampın həm ABŞ-da – mərkəzdə, həm də Avropada mövcud nizama qarşı apardığı bu pis oyuna “dur” deyilməsinin lazım olduğunu düşünənlər mütləq vardır. Respublikaçılar Partiyası daxilində olanlar isə ram edilmiş vəziyyətdədirlər.

Hazırda Konqres açıldıqdan sonra Demokratik Partiyanın güclü liderlərinin təmsilçilərinin nəzarət etdikləri Nümayəndələr Palatasında bu məsələ ilə əlaqədar nələr edəcəkləri maraqla gözlənilir.

Əslində, bu, birbaşa qlobal nəticələri olan sərt bir daxili siyasi toqquşmadır və ABŞ-da 2020-ci ilin prezident seçkiləri yaxınlaşarkən, bu toqquşma mütləq ağır formada baş verəcəkdir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar