Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdeal təqlidin yarımçıq ÖZSÖZƏ boyun əydiyi məqam: Saakaşvili məğlubdur!

Millətlərin psixologiyası dəyişib

Narıncı rəng dəbdən düşüb. Romantika daşlaşıb. Final hissəsində qatardan atlanıb qaça-qaça sevgilisinin üzərinə yürüyən subyektajların siyasi ilğımları da artıq kimsəyə maraqlı deyil. Məntiqin pafosu, sükutun emosiyaları yendiyi mərhələdəyik. Ona görə Saakaşvili uduzdu.

Hə, Mişa cəsurdu, fenomenal bir indivüdallığa sahib. Kimsəyə bənzəməz. Sevənləri, fanatları da yetərincə. Amma sanki artıq siyasətdə Aleksandr Rıbakı xatırladır – ilk "Eurovision" qatılımında xaliqələr yaradıb son "Eurovision"da bütün o yığdığı nüfuz azuqəsini bir andaca xərcləyən Rıbakı.

Qəhrəmanlığın kuliminasiyası bir dəfə olur. Ya yavaş-yavaş qalxacaqsan, ya qalxdınsa düşməyəcəksən, ya da düşdünsə xatirələrdə, zehnlərdə ömürlük qəhrəman kimi pərçimlənmək üçün siyasi səhnədən birkərəmlik itəcəksən, sakitləşəcəksən. Çün zəmanə dəyişib. 21-ci əsrdə ikinci bahar şansı heç Tayqa meşələrindəki papaqlı göbələklərə belə verilmir. O ki qalsın idarəçiliyi fəsillər kimi rəngarəng olan siyasətçilərə...

Zurabişvili qalibdir. Rəqəmlər bunu təsdiq edir. Saakaşvili ha mitinq çağırsın, ha seçkini tanımasın, ha dünyaya meydan oxusun, fərq etməz. Nəticə budur. Dünya şöhrətli Labanovski bir zamanlar deyirdi ki, 20-30 ildən sonra bir adam “filan komanda baxımlı oyun oynayırdı, amma uduzdu” – söyləməyəcək. Hamı statistikaya baxacaq: udub, ya uduzub. Saakaşvili də elə. Cəsurluq bir yerə qədər. Doğru məntiq bütün abstrakt rasionallığı, dağ boyda emosiya və çılğınlığı bir kibrit qutusuna yığacaq qədər böyük gücə sahib.

İndi qışqıranlar deyil, səsini qoruyanlar qalib olur. 5 zənguləni lazımsız yerdə vuranlar 1 duzgün-texniki zənguləyə uduzudlar. Tamaşada bütün alqış aktyorlara gəlir. Amma əsl qəhrəman pərdə arxasındakı rejissordur.

Saakaşvili gürcü xalqı üçün misilsiz, həmişəyaşar bir demokratiya yolu açıb. O yola hətta rus xətti belə “xəyanət” edə bilmir. Hakimi mütləq dəyişir, sistem dəyişmir. Fəqət, paralel xətdə “zəmanənin ahəngi” deyilən bir şey var: Pul var, rəqib var, güc var. Hesablaşmalısan! Üstəlik, insanlarda, onların şüurunda ən böyük uğurlar belə “kiminsə adamı”- konfrantasiyası, silləsi ilə üzbəüz gələrkən öz dəyərini itirir. Saakaşvili gürcünün adamı olmağı Qərbin adamı olmaqdan daha üst mövqeyə çıxara bilmədi. Balans ikincinin xeyrinə daim dəyişdi və bu səbəbdən illah kiminsə adamı olmaqdırsa, daha pullu varianta üstünlük verdiyi üçün xalqı qınamağa dəyməz.

Unutmadan: Saakaşvili mifi əslində Ukrayna fiaskosu ilə dağılmışdı. Bunun da səbəbi Rusiyanı qorxutmaq, Qərbin Putinə yönəlik: “Poroşenkonu dəyişsən, səni daha böyük bəla ilə üzbəüz qoyarıq” – ritorikasında Saakaşvilinin alətə, dublyora çevrilməsi idi.

Siyasətdə yarımçıq ÖZSÖZ ideal təqliddən, yamsılamadan daha cəlbedicidir. Seçkinin birinci və ikinci turundan sonra bütün bəyanatlar Zurabışvili və Saakaşvilinin dilindən səsləndisə, bütün nəzərlər bu iki şəxsin üzərinə yönəldisə, xalq seçimi faktiki olaraq məlum personajlar arasından etdisə, o zaman Vaşadze seçki bülletenində adının yazılmasına belə şükür etsin. 42 faizlik səsi isə “min bərəkət” və “səni verənə şükür” ovqatı ilə əlində-ovcunda saxlasın...

Qalibiyyət xoşbətlik kimidir. Arzuladığın deyil, layiq olduğun zaman sahiblənirsən ona.

Təbriklər, xanım Prezident!

Təbriklər, Zurabışvili!(Elşən Musayev, millət vəkili)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar