Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan hakimiyyəti saxlamaq naminə Qarabağı təhvil verəcək”

Emənistanın keçmiş milli təhlükəsizlik nazirindən şok açıqlama

Sərkis Artsruni

ru.1in.am (Ermənistan), 27.11.2018

ERP siyahısında üçüncü nömrə altında çıxış edən David Şahnəzəryan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı-red.) bu gün qalmaqallı mətbuat konfransı keçirib. Belə bir təəssürat yaranır ki, qalan respublikaçı xadimlərin deməyə cürət etmədiklərini haçanınsa müxalifət xadimi tirajlayır. Ola bilsin, Şahnəzəryanın ERP-nin seçkiqabağı əsas “sürprizi” olduğunu və Serj Sərkisyan komandasının inqilabın qələbəsini onun vasitəsilə minalamağa can atdığını iddia etsək, çox da güclü yanılmarıq.

ERP siyahısının üçüncü nömrəsi bu günki mətbuat konfransının gedişatnda, birincisi, Sasun Mikaelyanın dünənki çox da uğurlu olmayan ifadəsiylə bağlı qalmaqallı bəyanat verib. O deyib: “Sasun Mikaelyanın dedikləri gerçəklikdə Nikol Paşinyanın həyata keçirdiyi siyasi proqramdır, yəni Artsax (Dağlıq Qarabağ-red.) əvəzinə hakimiyyət. Sasun Mikaelyan, sadəcə, indiki hökumətin siyasəti olanları da söyləyib”.

Bu bəyanatın konteksti ilk baxışdan göründüyündən daha da təhlükəlidir. Bu bəyanat Qarabağ problemindən çox Ermənistanda baş vermiş inqilab haqqındadır. Əslində, Şahnəzəryan hətta keçmiş hakimiyyət təmsilçilərinin də şişirtmədikləri, ya da bundan danışsalar da, sətirarası, diplomatik eyhamlarla andırdıqları hansısa versiyadan danışır. MTX-nin keçmiş başçısı Rusiyanın bəzi dairələrinin arenaya çıxardığı tezisi dövriyyəyə buraxır – buna əsasən, Ermənistandakı inqilab Ermənistan cəmiyyətinin konsolidasiyası və mübarizəsinin nəticəsi deyil, xarici mərkəzlərdə hazırlanmış və məqsədi Artsaxı (Dağlıq Qarabağ-red.) vemək olan sui-qəsddir. Şahnəzəryan hətta Serj Sərkisyanın istefa mətninin məntiqinə, kontekstinə zidd gedir: üçüncü prezident gedərkən dəqiq etiraf edib ki, qanadlı kəlama çevrilmiş “Nikol Paşinyan haqlıydı” ifadəsiylə məğlubiyyətini boynuna alır.

Hələ heç bir xadim məxməri inqilabın, belə deyək, ideoloji təməlinə bundan daha güclü zərbə endirməyib.

Şahnəzəryan deyir – Mən apreldən hesab edirdim ki, bu “inqilab” deyilən şey iki dövlətçiliyimiz üçün, sadəcə, şərdir. Və bunu təhlükəli etirafla möhkəmləndirir ki, Nikol Paşinyan Artsaxı (Dağlıq Qarabağı-red.) vermək qəsdilə hakimiyyətə gəlib.

Əlbəttə, ERP siyahısının üçüncü nömrəsi öz “ağır” ittihamını heç bir faktla möhkəmləndirmir, lakin problemin məğzi dəyişmir, yalnız Serj Sərkisyan komandasının bu seçkilərdə qisasçı əhvali-ruhiyyənin daşıyıcısı və əslində, sabotajla məşğul olduğu haqda versiyanı inkişaf etdirir.

Həqiqətdə, David Şahnəzəryan özünün keçmiş iki onillik boyu səsləndirdiyi və Ermənistandakı kriminal-oliqarxik sistemin Artsaxın (Dağlıq Qarabağın-red.) təhlükəsizliyinə əsas təhdid olduğuna müncər etdiyi qabaqkı bütün dəyərləndirmələrindən imtina edib. Şahnəzəryan hətta indi keçmiş korrupsiyalaşmış sistemi Ermənistan və Artsaxın (Dağlıq Qarabağın-red.) təhlükəsizliyinə zəmanət sayır – cəmiyyətimizin fəallığı, subyektliyi, ölkədə demokratik hakimiyyətin qurulmasına meydan oxumağı gözardı etməklə.

David Şahnəzəryan yaxın gələcəkdə öz sözlərini möhkəmləndirən konkret faktlar təqdim etməsə, etiraf etməyə məcbur olacağıq ki, inqilaba qarşı yönələn konkret çağırışla işimiz var.

David Şahnəzəryan bu gün yenə də inandırıcı arqumentlər gətirmədən hökumətin 1 Mart işini siyasi məqsədlər üçün istifadə etdiyi haqda özünün çoxdankı tezisini təkrarlayıb və düşünməyə vadar edir ki, Robert Koçaryan və Serj Sərkisyanın vəkili rolunu üzərinə götürüb. David Şahnəzəryanın arqumentləşdirilməmiş bəyanatı siyasi mövqeyin nəticəsi deyil, əks-inqilab üçün yol açmaq niyyətilə seçki prosesinin iflası ola biləcək fitnəkarlıq təəssüratı doğurur.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar