Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyanı jurnalistlərə qarşı təqiblərə son qoymağa çağırır

Vaşiqntonun ATƏT-in Daimi Şurasınındakı təmsilçisi bəyanat verdi

Birləşmiş Ştatlar həm Rusiya, həm də onun nəzarətində olan şərqi Ukrayna ərazilərində saxlanan Rusiya və xarici jurnalistlərin dərhal azad edilməsinə çağırıb, habelə müstəqil “Novaya Qazeta” üzərinə təhdid və qısnama xəbərləri ilə bağlı dərin narahartlığını ifadə edib.

ATƏT-in Daimi Şurasının noyabrın 22-də Vyanada keçirilən iclasında ABŞ-ın səlahiyyətli nümayəndəsi Harri Kamian Ukrayna Milli Xəbər Agentliyinin müxbiri Roman Suşçenko və Ukrayna kino rejissoru Oleq Sentsovun azad edilməsinə çağırıb. ABŞ-ın ATƏT-dəki missiyasının bəyanatında deyilir ki, bunlar işğal olunmuş Krımda, həmçinin Rusiyada qanunsuz həbs edilmiş 70 ukraynalıdan yalnız ikisidir.

İyunun 4-də Moskva Şəhər Məhkəməsi Suşçenkonu casusluqda təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum edib. O cəzanı ciddi rejimli həbsxanada çəkir. Suşçenko təqsirsiz olduğunu, ona qarşı ittihamların siyasi mahiyyət daşıdığını deyib.

Əslən krımlı olan və yarımadanın Rusiya tərəfindən ilhaqına qarşı çıxış edən Sentsov terrorçuluqda ittiham edilərək 20 illik həbsxana cəzasına məhkum olunub. Qərb hökumətləri bu ittihamın siyasi motivli olduğuna inanırlar. O beş aydan artıq davam edən aclıq aksiyasını oktyabr ayında bitirib.

Daha sonra ABŞ-ın bəyantında deyilir: “Biz həm də Rusiya Federasiyasını 2017-ci ilin iyunundan bəri qondarma “Donetsk Xalq Respublikasında” saxlanan “Azadlıq radiosu”nun müxbiri Stanislav Aseyevin azad olunmasına çağırırıq”.

Ukraynanın müxtəlif media qurumlarına reportajlar verən Aseyev həm də “Azadlıq” radiosunun ştatdankənar müxbiridir. O Stanislav Vasin təxəllüsü ilə yazır.

O 2017-ci il, iyunun 2-də yoxa çıxıb, lakin bir həftə sonra “Amnesty Internationa”l insan haqları qrupu Aseyevin rusiyayönlü separatçıların “təhlükəsizlik xidmətləri” tərəfindən saxlandığını bildirib.

Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar habelə Çeçenistandan olan və əsassız narkotika ittihamı ilə tutulmuş Zalaudi Geriyevin həbsdə saxlanmasına dair məhkəmənin 7 noyabrda çıxardığı hökmdən narahatdır. Geriyev 2016-cı ildə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Geriyev özünə qarşı ittihamları qətiyyərlə rədd edir.

Birləşmiş Ştatlar habelə “Novaya Qazeta” jurnalistlərinin hədələnməsindən dərin narahatlıq ifadə edib. Bu yaxınlarda naməlum şəxslər tərəfindən qəzetin redaksiyasına kəsilmiş keçi başı və matəm əklilləri göndərilmişdi.

Bundan əvvəl xəbər verilirdi ki, Rusiyanın müstəqil “Novaya Qazeta” qəzetinə naməlum mənbədən üstündə “press” yazılmış jiletlər geyindirilmiş 9 diri qoyun göndərilib.

Bundan az əvvəl qəzet prezident Vladimir Putinin yaxın çevrəsinə daxil biznesmen Yevgeni Prixozin barədə təhqiqat yazıları dərc etmişdi.

Üç qəfəsə salınmış 9 qoyundan bəzisinə geyindirilmiş jiletlərin üstündə “Press, Novaya Qazeta” yazılmışdı. Oktyabrın 29-da göndərilmiş qəfəslərin də üstündə “Novaya Qazeta” sözləri vardı. Bu akt üçün məsuliyəti heç kəs üzərinə götürməyib.

Naməlum şəxslər habelə oktyabrın 18-də qəzetin redaksiyasına içərisində bir neçə qoç başı və qərənfillər olan səbət göndərmişdilər. Bu səbətə həm də “Novaya Qazeta”nı və Korotkovu “təbrik edən” açıqca qoyulmuşdu.

2000-ci ildən bəri 5 əməkdaşı peşə fəaliyyəti ilə bağlı öldürülmüş “Novaya Qazeta” yazır ki, Rusiya hakimiyyəti Korotkova qarşı təhdid və böhtan kampaniyası aparır. Qəzet yazır ki, hakimiyyət Korotkovu Suriyadakı Rusiya pilotları barədə məlumatları dərc etməklə hərbçilərin həyatını təhlükəyə atmaqda günahlandırır.

(Azadlıq radisou)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar