Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan Türkiyəyə hədə dolu mesaj

PKK-nı Fəratın şərqindən çıxarmaq üçün aparılan hazırlıqlar ABŞ-ı təlaşlandırıb

Türkiyənin 28 oktyabr tarixində Zor Mağar bölgəsindən başladığı Fəratın şərqinə doğru bombardmanlar ABŞ-PKK cəbhəsində böyük təşvişə səbəb olub. Təşkilat, Tel Abyad, Eyn əl-Arab, Malikiyə və Qamışlı sərhəd nöqtələrində bir çox silah, sursat və ərzaq anbarını boşaldaraq iç bölgələrə daşıyıb.

PKK-nın təlaşı davam edərkən ABŞ öncə sərhəd xəttinə silah, sursat və zirehli texnika sövq edib, sonra sərhədə canlı qüvvələr göndərib. ABŞ rəhbərliyi son olaraq sərhədə 12 müşahidə nöqtəsi yaratmaq qərarına gəlib. Son hadisələri “Yeni Şəfəq” qəzetinə dəyərləndirən keçmiş Hasekə bölgəsinin valisi Məhəmməd Şimali və təqaüddə olan vitse-admiral Sonar Polad, sərhədə müşahidə məntəqələri inşa etməyin terror dəstək olmaqdan başqa məna daşımadığını vurğulayıblar.

"Bütün regionu yandırarıq”

Keçmiş Hasekə valisi Şimali, Türkiyənin sərhəd xəttində başladığı bombardmanlardan sonra PKK başçılarından (Suriya Demokratik Şurasının həmsədri) İlham Əhmədin Tel Abyad, Eyn əl-Arab və Qamışlı bölgə xalqı ilə bir sıra görüş keçirdiyini deyib.

PKK-lı İlham Əhmədin, Fəratın şərqinə Türk əsgərinin girməsi və ABŞ-PKK birgə layihəsinin çökməsi təqdirində bölgə xalqını "bütün regionu yandırarıq” deyə təhdid etdiyini qeyd edən Şimali, “Əhməd, görüşdüyü bütün qruplara, Türkmən, Ərəb və Kürdlərə "əgər ABŞ-PKK planı çökərsə, bölgəni Əsədə təslim edərik” deyib. Rakka başda olmaqla, PKK işğalı altındakı bölgələrdə böyük iğtişaşlar baş verir. Təkcə son 20 gündə 1700 Ərəb, təşkilata üsyan edərək PKK-dan ayrılıb. PKK minlərlə insanı şantaj və təhdidlərlə cərgələrində tutur. ABŞ-ın müşahidə nöqtəsi həmləsi, terrorçulara zaman qazandırma və muxtar bölgə (terror dəhlizi) planına son şəklini vermək məqsədi daşıyır" açıqlaması edib.

Simvolik mənası var

ABŞ-ın Suriyadakı terrorçuları qorumağa yönəlik son addımını qiymətləndirən təqaüddə olan vitse-admiral Sonar Polad, yaradılacağı deyilən 12 müşahidə nöqtəsinin simvolik mənasına işarə edib.

"Türkiyə sərhədində qurulacağı açıqlanan müşahidə nöqtəsinin 12 ədəd olaraq müəyyənləşdirilməsi İdlibdə Türk Silahlı Qüvvələrinin təşkil etdiyi 12 müşahidə nöqtəsinə misilləmə məqsədlidir" - deyən Polad, ABŞ-ın son addımının Türkiyəyə açıq təhdid olduğunu ifadə edib. "Bir tərəfdən bizim müşahidə nöqtələrini tərifləyən ABŞ, digər tərəfdən, haqlı mübarizəmiz qarşısında bizi təhdid edir. Bu bir alt niyyət göstəricisidir. Həmçinin "terrorun tərəfindəyəm mesajı verirlər" deyə şərh edən Polad, bunları söyləyib: "Fərat Qalxanı və Zeytun Budağı hərəkatı ABŞ-a baxmayaraq həyata keçirilib. Fəratın şərqi mövzusundakı iradəmiz də istənilən nəticəyə mütləq çatacaq. ABŞ ucuz təşəbbüslərlə Türkiyənin qətiyyətini sınayır. Türkiyə bu terror çevrəsi ilə yaşaya bilməz və bu çevrəni qırmaq bizim üçün həyati məsələdir. ABŞ-ın bu qalmaqal qərarına qarşı sərhədə əlavə qüvvələr yığmağa dabam etməli və Fəratın şərqinə qarşı bombardmanı davam etdirmək məcburiyyətindəyik. ABŞ müəyyən bir mərhələdən sonra oradan çəkilmək məcburiyyətində qalacaq". (müxalifət.az)

pia.az


Etiket: ABŞ Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar