Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mavi Mərmərə işi”nə yenidən baxılacaq

Türkiyə və İsrail arasında razılaşmaya baxmayaraq, Beynəlxalq Məhkəmə istintaqa start verir

Tovah Lazaroff

“Jerusalem Post”

Beynəlxalq Cəza Məhkəməsi 2010-cu ildə Aralıq dənizində üzən “Mavi Mərmərə” gəmisinə 10 nəfərin ölümü ilə nəticələnən hücumla əlaqədar İsrailə qarşı iddianın yenidən qaldırıla biləcəyi ehtimalını açıqlayıb.

BCM-in İlkin İstintaq Palatası prokuror xanım Fatu Bensudanı hərb cinayət iddiasını araşdırmağı tələb edib.

Beş il sonra bu, üçüncü istintaq olacaq.

İsrailin tərbiq etdiyi Qəzza sularının hərbi blokadasını yarmağı hədəfləyən beynəlxalq solçu fəalların gəmisini dayandırmaqla bağlı yerli komissiya və BMT Təl-Əvivə bəraət verib.

Əsgərlər gəmi göyərtəsinə çıxarkən, hücuma məruz qalıb, Türkiyə və İsrail bu hadisədən yaranmış diplomatik böhrana son qoyan razılaşma imzalayıb.

2013-cü ildə Komor Adaları həmin hadisə ilə əlaqədar İsrailə qarşı müharibə cinayətləri iddiası qaldırıb, ancaq Bensuda 2014-cü ildə bu faylı qapadıb.

Ötən həftə, noyabrın 15-də məhkəmə hakimləri növbəti altı ayda vəziyyəti yenidən nəzərdən keçirmək üçün bir daha istintaqı yeniləməyi tələb ediblər.İlkin İstintaq Palatası Bensudadan 2015-ci ildə iddianı yenidən nəzərdən keçirməyi istəyib və 2017-ci ildə iş yenidən bağlanıb.

Bu işin istintaqı məhkəmə prosesində davam edərsə, vəkillər müharibə cinayətləri ilə əlaqədar ağır qanuni məsələləri nəzərdən keçirməli olacaqlar.

Lakin bu mərhələdə məhkəmə qarşısında duran əsas məsələlər Palatadakı üç məhkəmə heyətinə qarşı prokurorun roluna zidd olan yurisdiksiya və prosesə aiddir.

İlkin İstintaq Palatası xanım Bensudanın materialın araşdırılmasında səhv etdiyini və müvafiq nəticəyə gəlmək üçün bu səhvlərə düzəliş edilməsinin vacibliyi fikrini müdafiə edib.

Palata hakimləri bildiriblər ki, “prokuror özünün 6 iyul 2014-cü il tarixli qərarını 16 iyul 2015-ci il tarixli qərara uyğun olaraq yenidən nəzərdən keçirməlidir. O cümlədən İlin İstintaq Palatası tərəfindən müəyyən edilən beş əsas səhvə yenidən baxılmalıdır”.

Palata xanım Bensudaya 15 may 2019-cu il tarixinədək möhlət verərək, yeni təhqiqatın nəticələrini təqdim olunmasını tələb edib.

Bensudanın fikrincə, İlkin İstintaq Palatası öz səlahiyyətlərini aşıb və işə yenidən baxma tələbini təkrarlaya bilər.

Xanım Bensuda noyabrın 21-də araşdırmaya apellyasiya şikayəti verib və təftiş cədvəlinin müəyyənləşdirilməsini xahiş edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar