Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Əhmədoğlu: “O iclas keçirilməyə bilər”

“Əsir və itkin düşmüşlər üzrə Ermənistan və Azərbaycan işçi qruplarının Tbilisi iclası keçirilməyə bilər”

Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Politoloqun sözlərinə görə, buna səbəb, planlaşdırılan görüş ərəfəsində Baş nazir N.Paşinyanın Ermənistanda bu komissiyanı müvəqqəti də olsa ləğv etməsidir:

"Bundan az öncə Ermənistan tərəfi əsir və girovların “hamının hamıya” dəyişdirilməsi barədə Azərbaycanın təklifini rədd etmişdi. Bəhanələri guya Azərbaycan tərəfinin rəsmi təklif irəli sürməməsidir, Ermənistan Müdafiə Nazirliyinin rəsmən belə təklif almamasıdır. Noyabrın ortalarında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanın Müdafiə naziri, həm də Əsir və itkin düşmüşlər üzrə dövlət komissiyasının sədri David Tonoyanla görüşdü. D.Tonoyanla görüşdükdən dərhal sonra N.Paşinyan bu işçi qrupu ləğv etdi. İşçi qrupunu buraxmasının səbəbi barədə isə heç bir izah vermədi:

I. Seçki dövrü olduğu üçün N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində heç bir inam yaratma tədbirlərinə razılıq verə bilməz.

II. Berdavan şəhərinin əhalisinin Karen Kazaryanın geri tələb etməsi ilə bağlı aksiyalarını sərtləşdirmələridir. Onlar artıq Ermənistan-Gürcüstan avtomobil yolunu kəsirlər. Ermənistan mətbuatı, eləcə də baş nazir N.Paşinyan berdavanlıları İ.Əliyevin göstərişi ilə və yaxud Azərbaycanın marağına addım atmaqda ittiham edirlər. Berdavanlıların öz yerliləri K.Kazaryanın müdafiəsinə qalxması sübut edir ki, Azərbaycanın K.Kazaryanla bağlı mövqeyi düzgündür. N.Paşinyanın işçi qrupu ləğv etməsi isə beynəlxalq aləmi çaşdırmaqdan başqa bir şey deyil. Azərbaycan “hamının hamıya” dəyişmək təklifini irəli sürməklə inam yaratma tədbirlərini daha da möhkəmləndirmək istəyir.

Düşənbə görüşündən sonra AzərbaycanErmənistan arasında birbaşa əlaqə mövcuddur və N.Paşinyan bir neçə dəfə yeni qurumun mexanizminin effektli olduğunu bildirib. İndi də yeni inam yaratma tədbiri, xüsusilə hərbçilər arasında inam daha da möhkəmlənə bilər, N.Paşinyana isə bu sərf etmir.

S.Sərkisyan, E.Nalbandyan və R.Köçəryan etiraf ediblər ki, Dağlıq Qarabağ tənzimlənməsi prosesi çox incə materiyadır. N.Paşinyan artıq bu incə materiyanı demək olar ki, dağıdıb. Ona görə Dağlıq Qarabağ tənzimlənməsi prosesi N.Paşinyanın hakimiyyətdə olduğu dövrdə ona ən ciddi zərbəni vuracaq. Bunun seçki dövründə və yaxud seçkidən sonra olması isə elə də böyük təsirli hadisə deyil. Azərbaycan tərəfi ümid edirdi ki, AzərbaycanErmənistanın əsir və itkin düşmüşləri üzrə birgə işçi qrupunun Tbilisi iclası bu məsələni həll edəcək. Görünür, N.Paşinyan bu işçi qrupu buraxmaqla həm də Azərbaycanın Tbilisidə görüş keçirmək təklifinə də yox dedi. Bu, Azərbaycanın dinc sülhməramlı təşəbbüslərinin azalmasına deyil, əksinə artmasına təkan verəcək".(aznews.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar