Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda doğum göstəricisi ölüm hallarını 2 dəfə üstələyir”

“Son 10 il ərzində Azərbaycanda əhalinin sayında 1 milyondan çox artım qeydə alınıb. Hətta 2019-cu ilin ortalarında 10 milyonuncu vətəndaşın doğulmasını gözləyirik”

Bunu “Report”a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova bəzi KİV-lərdə Azərbaycanda körpə ölümlərinin əhali artımına mane olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan əhalisinin sayında artım olmamasına dair deyilənlər həqiqəti əks etdirmir. S.Ələsgərova bildirib ki, 1993-cü illə müqayisədə ölkə üzrə körpə ölümü göstəricisi üç dəfəyə yaxın azalıb: “Son 25 ildə Azərbaycanda 1 yaşına qədər körpələrin ölüm göstəricisi 3 dəfəyə qədər azalıb. Doğum göstəricisi ölüm hallarını 2 dəfə üstələdiyi üçün əhalinin artım indeksi yüksəkdir. Ölkədə əhalinin sayı il ərzində orta hesabla 1% artır”.

S.Ələsgərova vurğulayıb ki, son 10 il ərzində Azərbaycanda 1 milyon 633 min 298 nəfər diri doğulan qeydə alınb: “Belə ki, 2008-ci ildə 152 086, 2009-cu ildə 152 139, 2010-cu ildə 165 643, 2011-ci ildə 176 072, 2012-ci ildə 174 469, 2013-cü ildə 172 671, 2014-cü ildə 170 503, 2015-ci ildə 166 210, 2016-cı ildə 159 464, 2017-ci ildə isə 144 041 körpə dünyaya gəlib”.

Qeyd edək ki, son 10 ildə Azərbaycanda doğulan və 1 yaşadək düynasını dəyişən körpələrin sayı ilə bağlı məlumatda kənd yerləri üzrə diri doğulan körpələrin sayı texniki səhv nəticəsində ölkə üzrə doğulanların sayı kimi göstərilib.

Baş həkimin sözlərinə görə, ölkədə ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib: "Qonşu postsovet ölkələrlə müqayisədə Azərbaycan əhalisinin sayında azalma deyil, artım var. Avropanın elə ölkələri var ki, bu göstərici orada sıfırdır. Estoniyada belə əhali artımı mənfiyə doğru gedir. Hətta bəzi ölkələrdə, ümumiyyətlə, artım yoxdur. Son zamanlar Azərbaycanda fəaliyyət göstərən uşaq tibb müəssisələrində, eləcə də doğuşayardım müəssisələrində körpələrə, uşaqlara qulluğun və yardımın göstərilməsi üçün maddi-texniki baza gücləndirilərək müasir avadanlıqlarla təchiz olunub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar