Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması üçün monitorinq sistemi yaradılacaq

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib

"Report"un məlumatına görə, İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxışında ölkədə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu və bu istiqamətdə mühüm tədbirlər görüldüyünü bildirib.

O, monitorinqin və onun əsasında təhlillərin aparılmasının əhəmiyyətini vurğulayaraq, ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılmasının Dövlət Proqramında, Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Southampton Universitetinin demoqrafiya üzrə elmlər namizədi Endryu Çannon (Andrew Channon) seminar iştirakçılarını səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə işinin aparılmasına dair təlimatlarla tanış edib.

Qeyd edək ki, Southampton Universitetinin Sosial statistika və demoqrafiya fakültəsində çalışan, müxtəlif ölkələrdə UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə iş təcrübəsinə malik Endryu Çannon tərəfindən keçirilən təlimlərin əsas məqsədi səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə çərçivəsini daha geniş kontekstdə izah etməkdir.

pia.az


Etiket: ana monitorinq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar