Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan-Belarus birgə bəyannaməsi Ermənistana tərs şillədir”

İşğalçı ölkə Bakı ilə Minsk arasında əldə olunan anlaşmalardan ciddi narahatdır

Azərbaycan-Belarus münasibətlərinin inkişafı iki dost ölkəni məmnun etdiyi qədər işğalçı Ermənistanın narahatlığına səbəb olub. Azərbaycan prezidentinin Minskə səfəri, belaruslu həmkarı Aleksandr Lukaşenko ilə səmimi görüşü, həmçinin səfər çərçivəsində əldə olunan mühüm razılaşmalar İrəvanı şok vəziyyətinə salıb.

Səfərin üstündən günlər keçsə də, Ermənistan mətbuatı, yerli ekspertlərlə yanaşı, hakimiyyət nümayəndələri də Minskin Azərbaycana rəğbətini sinirə bilmirlər. Üstəlik, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistana qarşı ironik münasibətinin formalaşmasının səbəbləri ətrafında İrəvanda baş sındıranlar artır. Bundan əvvəl baş katibliyin faktiki olaraq İrəvandan alınaraq Belarusa həvalə edilməsi də erməniləri çaşqın duruma salıb. İşğalçı ölkə anlaya bilmir ki, necə olur onun üzv olduğu təşkilatda Azərbaycanın maraqlarına uyğun addımlar atılır, nəinki Minsk, hətta Astana da Ermənistana qarşı saymazyana davranır, Ermənistanın “ağa”sı Rusiya isə bu mənzərəni kənardan seyr etməkdədir. Bütün bu mənzərə seçkiöncəsi Nikol Paşinyanın dəstəsinə ciddi problemlər vəd edir. Xatırladaq ki, ötən ay Rusiya XİN başçısı S.Lavrov Dağlıq Qarabağ probleminin həlli imkanlarının yaranmadığından bəhs edərkən bunu Ermənistanda gərginliyin davam etməsi ilə izah etmişdi. Faktiki olaraq bu, o demək idi ki, Paşinyan hökuməti Kremllə hesablaşmayana, ikili oyunlara son qoymayana qədər İrəvanın “başı ağrıyacaq”.

Azərbaycan və Belarus arasında silah, hərbi texnikanın alınması ilə bağlı növbəti anlaşmanın əldə olunması da İrəvanı isterik vəziyyətə salıb. Ermənistan hər vəchlə çalışırdı ki, Belarusu, həmçinin RusiyaAzərbaycana silah satmaq fikrindən daşındırsın. Amma buna nəinki nail ola bilmədi, üstəlik, “Rus NATO”sundakı baş katib postunu da itirdi.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib ki, Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasındakı səmimi dostluq münasibətləri, dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır”. (AZƏRTAC) H.Hacıyev daha sonra mühüm bir məqamı vurğulayıb: “Dövlətimizin başçısının Belarusa budəfəki rəsmi səfəri ilə bağlı bir məqamı xüsusilə qeyd etməliyəm ki, protokola görə dövlət başçıları arasında təkbətək görüş 45 dəqiqə nəzərdə tutulsa da, həmin görüş 2 saatdan artıq davam etdi. Bir daha qeyd etmək istərdim ki, bu, prezidentlər arasında olan səmimi dostluğun və Belarus-Azərbaycan əməkdaşlığının məzmun və mahiyyətinin, necə zəngin xarakter daşımasının növbəti bariz nümunəsidir”.

Prezident Administrasiyasının rəsmisi deyib ki, səfər zamanı dövlət başçılarının iştirakı ilə 9 sənəd imzalandı. “Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış birgə bəyanatdır. Bəyanatın 6-cı maddəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar öz əksini tapıb. Bəyanatda qeyd olunur: “Tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər". Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır ki, bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Həmçinin Belarus ilə Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir".

Qeyd edək ki, prezident İlham Əliyev Minskdə çıxış edərkən “Belarus və Azərbaycan iki dost kimi uğurla irəliləyəcək”-deyə, bəyan edib. Belarus prezidenti Lukaşenko isə növbəti dəfə vurğulayıb ki, Minsk ilə Bakı arasında həll edilməmiş və həll edilə bilməyən məsələlər yoxdur. “Müzakirə üçün qapalı mövzular da yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və yenə də belədir. Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik”-Lukaşenko deyib.

Kifayət qədər ciddi və açıq dəstəkdir. Bundan sonra Ermənistan Belarusun yer aldığı KTMT-dən hərbi dəstək gözləməməlidir. Azərbaycanın uğurlu siyasəti və dostluqda, müttəfiqlikdə etibarlı tərəfdaş kimi tanınması ölkəmizə etibarı artırıb. Artıq Ermənistan prezidenti Armen Sərkisyan da ölkəsinin KTMT rəhbərliyində yerini itirməsindən təəssüfünü ifadə edib. Ancaq “özü yıxılan ağlamaz” deyiblər...

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Ermənistanın gündəmini müntəzəm izləyir və işğalçı ölkədə yaşanan gərginliyi müşahidə edir: “Ötən gün Ermənistanın baş nazirinin vəzifəsini icra edən şəxs - Paşinyan mətbuat nümayəndələri ilə görüşdü. Mən TV ilə onun xülasəsinə baxdım. O, hələ də Belarus prezidentindən Azərbaycanın Belarusdakı səfirinə verdiyi məlumatla bağlı açıqlama gözlədiyini söylədi, əks təqdirdə, başqa yollara əl atacağını dedi. Bilmirəm bu adam Belarusa nə edə bilər? Belarusun Azərbaycana silah satmasına da ciddi təpki göstərərək dedi ki, ”sən mənim ölkəmin paytaxtın, vurmağı bəyan edən ölkəyə silah satırsan. Demək, sən bizi təhdid edən ölkə ilə həmfikirsən" kimi ifadələrə əslində Belarusdan cavab verilməlidir. Əlbəttə, biz bu siyasi situasiyadan istifadə edərək o biri ölkələrin də BMT-nin qətnamələrinin yerinə yetirilməsi fikrinə dəstək vermələrinə nail ola bilərik. Çoxdan bəri Qarabağ məsələsinin həllinə BMT kimi nüfuzlu bir qurumun aracılığı ilə nail olmaq fikri vardır. Hətta ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən gileylənənlər onu BMT-yə daşımaq təşəbbüsündə bulunmaqdadırlar. Məncə, BMT-də bizə daha çox dəstək verənlər olacaq".

Q.Çaxmaqlının fikrincə, şübhəsiz ki, Belarusda imzalanan Azərbaycan-Belarus birgə bəyannaməsi Ermənistana tərs şillədir və digər ölkələrlə də belə sənədlər qəbul edilməlidir: “BMT qətnamələrindən siyasətimizdə və diplomatiyada yetərincə istifadə edə bilmirik. Ermənilərin əlində belə bir sənəd olsaydı dünyanı dağıdardılar. İkinci tərəfdən, Ermənistanın KTMT-də mövqe zəifliyindən sonra revanş olaraq Qazaxıstan və Belarusa hücum çəkilməsi birbaşa daxilə, seçkiyə hesablanmış addımlar sayıla bilər, amma bugünkü konfransda Paşinyan rahat görünürdü və bu isə o deməkdir ki, Paşinyan qələbənin cibdə olduğunu düşünür. Mən də o fikirdəyəm ki, parlamentdə Paşinyanın baş nazir olmasına əngəl təşkil edəcək qüvvələrin sayı az olacaq. Bu o deməkdir ki, biz Paşinyanın sifətini hələ çox görəcəyik”.

“Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın mövqeyini müdafiə etməsi, xüsusilə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi analoqu olmayan siyasi mövqelərdən biridir. Bu mövqeyə görə Belarus prezidentinə təşəkkür etmək yerinə düşər”.

Bu sözləri isə publika.az-a müsahibəsində politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq deyib ki, Ermənistanın nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsində olarkən bir sıra təxribat xarakterli addımlar atmağa çalışdı, Rusiya qoşunlarını Azərbaycana qarşı yönləndirməyə cəhd göstərdi, ancaq bu cəhdləri boşa çıxdı: “Üstəlik də, vəzifəsindən istefa vermək məcburiyyətində oldu. Ermənistanın baş naziri Nikol Paşinyan baş katibin vəzifəsinin bitməsinə qalan son bir neçə ay üçün yeni nümayəndə təyin etmək istədi. Lakin bu niyyət təşkilatın Astana sammitində baş tutmadı. Növbəti mərhələdə bu məsələ Sankt-Peterburq şəhərində müzakirə ediləcək. Orada baş katiblik vəzifəsinə Belarus nümayəndəsinin təyin ediləcəyi gözlənilir. Belarus prezidentinin təyinat üçün üç namizədi var. Bu namizədlərdən biri də vaxtilə Bakıda hərbi təhsil alan və hazırda Belarusun Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Stanislav Zasdır. Ermənilər buna ciddi etiraz edirlər. Ancaq bütün hallarda Lukaşenko ehtiyat tədbirləri görüb. Və bu məsələ Belarusun nümayəndəsinin baş katibliyə təyin edilməsi ilə başa çatacaq. Bu da Ermənistan üçün ciddi zərbədir. Birincisi, həmin yerdəki baş katib postunun erməni olması bu ölkəyə müəyyən imtiyazlar verirdi. İkincisi, erməni baş katib yerinə Belarus kimi dövlətlərarası münasibətlərə və beynəlxalq hüquqa hörmət edən dövlət gələcək. Ermənilər üçün bu əlverişsizdir. Azərbaycan üçünsə tam əksinə, olduqca əlverişli nəticədir”.

Q.Hüseynli bildirib ki, Paşinyan küçədən gəlmiş, kütlə psixologiyası ilə hərəkət edən və populizmə hesablanmış addımları ilə tanınan şəxsdir: “O, çox istəyirdi ki, öz nümayəndəsini sözügedən təşkilatın baş katibliyi vəzifəsinə göndərə bilsin. Lakin istəyi həyata keçmədi və bundan sonra Lukaşenko və Nazarbayevin üzərində düşdü. Hətta belə bir iddia qaldırdı ki, bu iki şəxs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın lobbiçiliyini həyata keçirir. Bu iddia ilə təşkilat daxilində çaxnaşma yaratmağa çalışdı. Ancaq Lukaşenko ona layiqli şəkildə cavab verdi. Bildirdi ki, bu adam təşkilatdaxili problemlər yaratmağa çalışır. Beləliklə, Paşinyan bu polemikalardan məğlub çıxdı. Bu məğlubiyyət onun reytinqinə ciddi xələl gətirdi”.

Bu arada Rusiya xüsusi xidmət orqanının Cənubi Qafqazla məşğul olan zabiti Dağlıq Qarabağla bağlı müəyyən sirləri açıb. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan rus kəşfiyyatçı Qarabağda genişmiqyaslı müharibənin olmayacağını qeyd edib. “Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqidir. Bizim Gümrüdə hərbi bazamız var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunuruq. Rusiya müəyyən öhdəliklərini yerinə yetirməyə məcburdur, bunlardan biri də Ermənistanın təhlükəsizliyidir. Əgər Qarabağda lokal münaqişə bitməyəcəksə və müharibə genişlənəcəksə, Rusiya prosesə müdaxilə etməyə məcbur olacaq. Lakin hesab edirəm ki, Qarabağda genişmiqyaslı müharibə olmayacaq” - deyə, o bildirib. Rusiya kəşfiyyat zabiti iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ kartından istifadə etməyə çalışır: “Ərdoğan münaqişənin həllinə çalışır və Vladimir Putini buna inandırmaq istəyir”.

Göründüyü kimi, Türkiyə-Rusiya münasibətlərinin inkişafı da Ermənistanı təşvişə salır. Proseslər Azərbaycanın xeyrinə cərəyan etməkdədir. Əgər sülh yolu ilə torpaqlar azad olunmasa, inşallah, Azərbaycan ordusu elə Rusiya və Belarusdan alınan silahlarla Ermənistana sarsıdıcı zərbə vurub torpaqlarımızı azad edəcək.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar