Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General dələduzluqda ittiham olunur

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası rəisinin müavini, general Sergey Çvarkov dələduzluqda ittiham olunur

O, 3 il əvvəl ticarət firması ilə 400 milyon rublluq müqavilənin (6 milyon dollar) 6 milyon rublunu (91 min dollar) mənimsəməkdə təqsirləndirilir.

S.Çvarkov Rusiyanın Suriyada münaqişə aparan tərəflərin barışdırılması mərkəzinin rəisi olub.

Bu ilin aprel ayında Rusiyanın İstintaq Komitəsi külli miqdarda dələduzluq faktı ilə bağlı istintaqa başlayıb. Hələlik bu işlə bağlı yalnız 57 yaşlı Sergey Çvarkov istintaqa cəlb edilib. Ondan əvvəl bu cinayət işi ilə bağlı şahidlər dindirilib. O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Faktiki olaraq general ev dustağıdır. Ona səhər və axşam üç saat gəzintiyə çıxmağa icazə veriblər.

Müstəntiqlər ehtimal edirlər ki, S.Çvarkov biznesmenlərlə birlikdə maliyyə məbləğinin mənimsənilməsi sistemini hazırlayıb.

O, Suriyadakı xidmətlərinə görə "Hərbi xidmətə görə" ordeni ilə təltif edilib, Müdafiə Nazirliyinin medalı verilib.

General 1978-ci ildən 4 dəfə dövlət, 35 dəfə isə Nazirliyin mükafatına layiq görülüb. O, həmkarlarının çoxundan fərqli olaraq açıq danışmaqdan çəkinməyib. Suriyaya ezamiyyətdən qayıtdıqdan sonra ona general-leytenant hərbi rütbəsi verilib. SSRİ-nin varisi kimi Rusiyanın beynəlxalq səviyyədə sıxışdırıldığını, tarixin saxtalaşdırıldığını söyləməkdən çəkinməyib.

Vəkili Sergey Çvarkova qarşı irəli sürülən ittihamları rədd edir. (report.az)

pia.az


Etiket: Sergey Çvarkov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar