Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcü jurnalist: "Bu savaşda ABŞ-a məğlub olacağıq"  

"İnvestorlar “Netfliks” şirkətinin abunəlik potensialını 350 milyon olaraq qiymətləndirirlər"

"Şirkət də gözləntiləri doğrultmaq üçün vasitələr axtarır. Televizor, planşet və telefonlar əməkhaqqının ABŞ-dan dəfələrlə aşağı olduğu ölkələrdə istehsal olunur, amma standart abunə haqqının qiyməti çox yüksəkdir".

Axar.az xəbər verir ki, bu sözləri gürcü jurnalist, prodüser Tina Kandelaki çağdaş dünyada televiziya və internet arasında gedən rəqabətlə bağlı yazıb. O, bəzi maraqlı faktları açıqlayıb:

“Netfliks”in tapdığı çıxış yolu o qədər də orijinal deyil: HD keyfiyyətini kəsmək, akkauntu bir qurğu ilə məhdudlaşdırmaq və ay ərzində 10 dollarlıq abunə haqqını 4 dollara endirmək. İndi gözləyirik, görək, 137 milyon abunəçi necə olacaq...

Və ya gözləmirik, çünki “Netfliks” lokal milli şəbəkələr üçün ciddi təhlükə yaradır. Mən min dollardan mərc gələrəm ki, üç il ərzində yeni regional seqmentlər yaranacaq və bu seqmentlərdə ciddi tamaşaçılar tərəfindən sevilən istənilən şouya baxmaq mümkün olacaq.

Televiziyalar internet xidmətləri ilə rəqabəti davam etdirə bilmir. Çünki onlar öz fəaliyyətini müəyyən proqram çərçivəsinə sığışdırmağa məcburdur. İzləyici üçün “Haus of cards” və ya “Majorov”u bir kliklə istədiyi zaman izləmək daha rahatdır.

Televiziyanın yeni dünyada rəqabəti necə qazanacağını çox böyük maraqla izləyirəm. Amerikalılar tamaşaçı üçün fəal mübarizə aparırlar, minlərlə istehsalçı şirkət və milyonlarla insan bunun uğrunda çalışır. Nəticədə biz ABŞ-da televiziya reytinqlərinin artdığını görürük.

Bu müharibəni qazanmaq olarmı? Yəqin ki! Mən əminəm ki, hər ambisiyalı rus prodüser bunu istəyir. Bunun üçün nə etmək lazımdır? Öz imkanlarından daha çox işləmək. Çünki indi Rusiyada həm sənaye, həm kreativ industriyada istehsalçılıq çox aşağıdır: “Market Votç” analitiklərinin sözlərinə görə, Rusiyada bu, 5,6 dollar, ABŞ-da isə 33,7 dollardır.

Bu fərqi necə aradan qaldırmaq olar? Günümüzün yarısını internetdə keçirir, nahara çox vaxt sərf edirik, saat altıda isə evimizə qaçırıq. Bu problem məni çoxdandır düşündürür. Bu paradiqmada biz, sözsüz ki, məğlub olacağıq”.

pia.az


Etiket: ABŞ Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar