Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin qərarı, siyasi xarakter daşıyır” - Politoloq

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır 

Rusiya prezidenti Vladimir Putinin Keçmiş SSRİ-də doğulan hər kəs istədiyi təqdirdə Rusiya vətəndaşlığı ala biləcək qərarı, siyasi xarakter daşıyır.

Əsasən bu qərar Rusiyanın MDB məkanında nüfuzunu və siyasi təsirini artırmağa hesablanıb. Rusiya xaricdə öz vətəndaşlarının müdafiəsi üçün istənilən ölkəyə hərbi müdaxilə imkanı verən qanuna malik olduğunu nəzərə alsaq, bu qərarın region üçün təhlükə və ekspansiya daşıdığını görərik. Putinin bu qərarı MDB ölkələrini gələcək perspektivdə hərbi təzyiq altında saxlamaq üçün hüquqi baza hazırlamaqdı.

Qeyd edim ki, Rusiya MDB-ni öz nüfuz dairəsi hesab edir və Qərbin bu regionda mövqeyinin güclənməsinin qarşısını aılmaq üçün çox ciddi planlar hazırlayır. Kremlin bu qərarı əsasən, məhz bu palnın tərkib hissəsidir. Putin yaxşı bilir ki, MDB ölkələrində sosial vəziyyət aşağıdır, bu dövlətlərin vətəndaşları Rusiyada işçi miqrant kimi çalışır. Ona görə də bu qanunla MDB -dən olan miqrantlara vətəndaşlıq verəcək, həmçinin digər post-sovet ölkələri vətəndaşları üçün bu qanun həvədlındirici amil olaraq Rusiya təbəliyinə yol açacaq. Təsvvür edin ki, Azərbaycandan iki milyon vətəndaşımız Rusiyada çalışır. Onlara Rusiya vətəndaşlığının verilməsi və həmçinin yeni gedənlərə bu imkanın tanınması ölkəmiz üçün təhlükəsizlik risklərini artırır. Hesab edirəm ki, Azərbaycan, hımçinin dugər post-sovet ölkələrinin parlamentləri qanun qəbul etməli, MDB dövlətləri ilə ikilivətəndaşlıq qanunla ləğv etməlidir. Əgər, Rusiya belə bir qanun qəbul edirsə, deməli buna qarşı dövlətlər özlərini qorumalıdır.
Göründüyü kimi Rusiya heç də regionda sülh və təhlükəsizlik üçün deyil, yalnız qonşu ölkələrə təhdid siyasəti yürüdür. ABŞ başda olmaqla, Qərbin Risiyaya qarşı sanksiyaları məhz bu ölkənin aqressiyasının qarşısın almağa, region dövlətlərini işğaldan qorumağa hesablanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar