Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

907-ci düzəliş ilyarımdır yenidən qüvvədədir - Tramp Azərbaycana niyə yan baxır?

Obama adminstrasiyasından fərli olaraq Azərbaycana qarşı daha isti münasibət nümayiş etdirən Tramp adminstrasiyası dönəmində 907-ci düzəlişin fəliyyətinin bloklanmaması təəccüb doğurur

İqtisadçı-ekspert: “Tramp dövründə bu imzanın atılmaması və uzadılmasının ciddi siyasi tərəfinin olduğunu düşünmürəm”.

ABŞ-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsini və dialoqun üst səviyyədə olduğunu nəzərə alsaq “907-ci düzəliş”in dondurulması üçün atılan imzanın texniki səbəbdən ola biləcəyini düşünürəm və bunun belə olduğu təsdiqlənsə heç də təəccüblənmərəm”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ Konqresi tərəfindən Azərbaycana tətbiq edilən 907-ci düzəlişin Tramp adminstrasiyası tərəfindən dondurulmaması səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltoun regiona səfəri çərçivəsində verdiyi açıqlamalardan sonra “907-ci düzəliş”in ləğvi məsələsi gündəmə gəlib. Belə ki, Con Bolton səfər zamanı bildirib ki, Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan “Azadlığa dəstək” aktına “907-ci düzəliş”in fəaliyyətinin dayandırılması üçün sələfləri kimi öz səlahiyyətlərindən istifadə edə bilər.

“Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk”, - deyə o bildirib.

Xatırladaq ki, Tramp hakimiyyətə gələndən sonra “907-ci düzəliş”in fəaliyyətini dondurmayıb və 15 illik fasilədən sonra bütün bəndləri ilə “907-ci düzəliş” artıq ilyarımdır ki, qanuni qüvvədədir. Yəni 2002-ci ildə ABŞ Konqresi Azərbaycanın Əfqanıstandakı anti-terror əməliyyatlarına dəstəyini qiymətləndirərək, “907-ci düzəliş”in müvəqqəti dondurulması kimi müstəsna hüququ Ağ Evə həvalə edib, və o vaxtdan bəri demək olar hər ilin ilk aylarında, ABŞ prezidentləri bu maddənin ən azı birillik gözardı edilməsinə dair sərəncamlar verirdilər. Ta ki, ötən ilə qədər...

Sonuncu dəfə ABŞ hökuməti adından 2016-ci il mayın 31-də dövlət katibinin o vaxtkı müavini Antony Blinken “907-ci düzəliş”in dondurulması haqqında rəsmi bildirişi imzalamışdı, və hələ o zaman sərəncamın tətbiqi müddəti kimi 2017-ci il martın 21-i göstərilirdi.

Qeyd edək ki, “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yarıdımını qadağan edən düzəlişdir. Bu düzəlişi Konqresdə Obama Administrasiyası dövründə dövlət katibi vəzifəsini tutan və həmin vaxt demokrtarın liderlərindən biri olaraq bilinən Con Kerrinin dəstəyi ilə erməni lobbisinə bağlı konqresmenlər qəbul etdirib. Nəticədə bu günə qədər ABŞ Azərbaycana birbaşa dövlət yardımı edə bilmir.

Bunun əksinə olaraq işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimə Vaşinqton tərəfindən dəfələrlə dövlət yardımı olunub. Bu faktın özü də düzəlişin arxasında məhz erməni lobbisinin dayandığını sübut edir. Ermənistanda və İrəvanın Qarabağda yaratdığı qondarma rejimə ən çox dəstəyin Obama Administrasiyası dövründə olması da diqqətdən yayınmır. Müşahidəçilər görə, bunun əsas səbəbi Con Kerrinin ABŞ xarici siyasət kursuna rəhbərlik etməsi idi. Lakin buna baxmayaraq Con Kerrinin Dövlət Departamentinə rəhbərlik etdiyi illərdə belə “907-ci düzəliş”in fəaliyyəti hər il bloklanırdı.

Obama adminstrasiyasından fərli olaraq Azərbaycana qarşı daha isti münasibət nümayiş etdirən Tramp adminstrasiyası dönəmində “907-ci düzəliş”in fəaliyyətinin bloklanmaması təəccüb doğurur. Məlumdur ki, Tramp Azərbaycana qarşı digər ABŞ prezidentlərindən fərqli münasibət göstərməyə çalışır və bu da son illərdə Azərbaycana qarşı ABŞ-dan olan təzyiqlərin azalması ilə müşaiyət olunur. Lakin buna baxmayaraq Tramp adminstrasiyasının “907-ci düzəliş”in fəaliyyətini dondumaması və Bolton tərəfindən bu məsələnin Bakıda müzakirə olunması çoxlu suallar yaradır.

“907-ci düzəliş”in məhz Tramp dönəmində yenidən qüvvəyə minməsinin hansısa siyasi səbələri varmı? Ümumiyyətlə “907-ci düzəliş”in hazırda qüvvədə olması Azərbaycana hansı siyasi və iqtisadi ziyanları mövcuddur?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Natiq Cəfərli: “Düşünürəm ki, bu imzanın atılmaması texniki problemlərdən də olar bilər. Çünki Tramp admistrasiyası işə başlayanda köhnə komandanın çox hissəsi AĞ Evdən getdi. Buna görə texniki problemlər yarana bilər”.

“907-ci düzəliş”ə əsasən Azərbaycana silah satışı ilə bağlı qadağalar və müəyyən məhdudiyyətlərin qoyulduğunu xatırladan iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, son zamanlar Azərbaycan həm NATO ölkələrindən, həm İsraildən, həm Rusiyadan, həm də Ukraynadan silah alır. Buna görə də “907-ci düzəliş”in bu mənada Azərbaycana ciddi iqtisadi, hərbi, siyasi ziyanı yoxdur:

“Əslində “907-ci düzəliş”in tətbiq olunması hər il ABŞ prezidentləri tərəfindən dayandırılırdı. Yəni ləğv edilmirdi, sadəcə 1992-ci ildən üzü bəri hər ABŞ prezidenti ilin əvvəlində “907-ci düzəliş”in həmin ildə tətbiq ediməyəcəyi ilə bağlı imza atırdı. Demək olar ki, bu bir formallığa çevrilmişdi. Tramp dövründə bu imzanın atılmaması və uzadılmasının ciddi siyasi tərəfinin olduğunu düşünmürəm. Çünki ABŞ-Azərbaycan münasibətləri kifayət qədər sıx və isti istiqamətdə inkişaf edir.

Hətta düşünürəm ki, bu imzanın atılmaması texniki problemlərdən də olar bilər. Çünki Tramp admistrasiyası işə başlayanda köhnə komandanın çox hissəsi AĞ Evdən getdi. Buna görə texniki problemlər yarana bilər. Bu məsələ zamana bağlı məsələdir. Yəni “907-ci düzəliş” müəyyən zaman kəsiyində imzalanmasa, sonradan onun imzalanması texniki və hüquqi olaraq mümkün olmur.

Natiq Cəfərli: “Hər hansı bir beynəlxalq formlarda Azərbaycanın əleyhinə çıxış edən qüvvələr, insanlar bu düzəlişi tez-tez sitat kimi gətirirlər”.

Belə bir ehtimal da ola bilər ki, sırf texniki problemlərə görə həmin “907-ci düzəliş”lə bağlı imzanın atılması bu ilə daxil edilməsin. Amma çox güman ki, gələn il, yəni yanvar ayında və yaxud da dekabrın sonunda Tramp “907-ci düzəliş”ə imza ata bilər. Çox böyük ehtimal belə də olacaq. Çünki bu məsələ son vaxtlar ABŞ-Azərbaycan arasında olan görüşlərdə qaldırılıb. Bir daha qeyd edim ki, çox güman ki, gələn il üçün belə bir addım atılacaq.

Onu da qeyd edim ki, mən israr və iddia etmirəm ki, bu məsələ sırf texniki səbəbdir. Amma indiki ABŞ-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsini və dialoqun üst səviyyədə olduğunu nəzərə alsaq “907-ci düzəliş”ə atılan imzanın texniki səbəbdən atılmadığı məlum olsa, heç də təəccüblənmərəm.

Natiq Cəfərli: “Burda imic məsələsi var. “907-ci düzəliş”in uzun müddətli dayandırılması və ümumiyyətlə ləğv edilməsi daha doğru olardı”.

“907-ci düzəliş”ə əsasən Azərbaycana silah satışı ilə bağlı qadağalar və müəyyən məhdudiyyətlər var idi. Amma son zamanlar Azərbaycan həm NATO ölkələrindən, həm İsraildən, həm Rusiyadan, həm də Ukraynadan silah alır. Buna görə də “907-ci düzəliş”in bu mənada Azərbaycana ciddi iqtisadi, hərbi və siyasi ziyanı yoxdur.

Onu da qeyd edim ki, burada imic məsələsi var. “907-ci düzəliş”in uzun müddətli dayandırılması və ümumiyyətlə ləğv edilməsi daha doğru olardı. Çünki hər hansı bir beynəlxalq formlarda Azərbaycanın əleyhinə çıxış edən qüvvələr, insanlar bu düzəlişi tez-tez sitat kimi gətirirlər və Azərbaycanın militarist bir dövlət olduğunu vurğulamağa çalışırlar.

Amma halbu ki, Azərbaycan öz torpaqları işğal altında olab dövlətdir və işğal altındakı olan torpaqlarını qorumağa çalışır. Bu da Azərbaycanın təbii haqqıdır. Buna görə düşünmürəm ki, “907-ci düzəliş”in bu günə qədər Azərbaycana ciddi təsirləri olub, ya da ola bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Bakıda zülmətə qərq olan yol təhlükə saçır - Video

Ən çox oxunanalar