Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Rəqib bizi bütün komponentlərdə üstələdi"

"Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm"

"Məğlubiyyəti gözləyirdim. Çünki bura qələbə üçün gəlmişdik və bizi istənilən nəticənin gözlədiyini bilirdik. Həm ilk, həm də ikinci hissədə eyni ssenari təkrarlandı. Rəqib komandanın gücü tam bilindi. Əfsuslar olsun ki, uduzduq. Kosovoya uğurlar arzulayıram".

Bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanovsəfərdə Kosovoya 0:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bugünkü məğlubiyyəti yorğunluqla, yoxsa psixoloji problemlərlə əlaqələndirirsiniz?

- Bunların heç birini səbəb gətirmək istəməzdim. Rəqibin gücü bizdən çox idi. Üstünlük onların tərəfində idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur. Rəqib yaxşı komanda idi.

- Belə məğlubiyyətin qarşısını almaq üçün B planınız var idi?

- Bizim 3 oyunçu dəyişmək imkanımız var idi. Bunu da oyunun gedişində edə bilərdik. Qollar elə vuruldu ki, dəyişikliyə imkan olmadı. Bu halda hansısa dəyişiklik matçın gedişinə təsir etməyəcəkdi.

- Millətlər Liqasında belə nəticə göstərdiksə, Avropa çempionatının seçmə mərhələsində bizi nə gözləyir?

- Bizi nə gözlədiyini deyə bilmərik. Dəfələrlə demişəm ki, çempionatımızın səviyyəsi və oyunçu potensialını yaxşılaşdırmalıyıq. Hələlik bu suala cavab vermək düzgün olmaz. Müəyyən vaxt lazımdır.(teleqraf.com)

pia.az


Etiket: Qurban Qurbanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar