Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var

"Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yataqxanada yerləşdirməyə ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var"

Bunu akademiyadan “Trend”in sorğusuna cavab olaraq bildiriblər.

Əlavə edilib ki, həmin şəxslər imkan olduqca AMEA-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayış yeri ilə təmin olunacaqlar.

Yataqxanadakı otaqlar boşaldıqdan sonra orada subay magistr və doktorantların yaşayış yeri ilə təmin olunması üçün zəruri şərait yaradılacaq, daha sonra magistr və doktorantlar oraya köçürüləcək.

Yataqxanada məskunlaşacaq şəxslər yalnız kommunal xidmətlərin ödənişini həyata keçirəcəklər.

Xatırladaq ki, AMEA ilə "Evrostroy-S" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçiləri həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin ediliblər.

pia.az


Etiket: AMEA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar