19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) Avropa çempionatının seçmə mərhələsinin sonuncu oyununda vacib qələbə qazanıb
Millimiz Lixtenşteyn kollektivini 3:0 hesabı ilə məğlub edib.
Bununla da Azərbaycan komandası qrup ikincisi olaraq qitə birinciliyinin elit-raunduna vəsiqə əldə edib. Qrupda birinci yeri tutan İsrail millisi isə Gürcüstan kollektivi ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, yığmamızın yer aldığı qrupun oyunları Tbilisidə keçirilir.(oxu.az)
pia.az