Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: ““DOST” “ASAN xidmət”in analoquna çevriləcək”

“Azərbaycan hökumətinin başlıca məqsədi insanların rifahını yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insana layiqli həyatın təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir”

Bunu baş nazirin müavini Əli Əhmədov “DOST” layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan hökuməti prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla və layiqincə həyata keçirməkdədir.

“Son illərdə Azərbaycanın bütün sferalarında baş verən dəyişiklər, insanların həyat səviyyəsinin yüksəlməsi, ehtiyacı olan insanlara dövlət tərəfindən qayğının müxtəlif formalarda göstərilməsi, qayğının səmərəli şəkildə həyata keçirilməsinə ölkəmizdə sosial siyasətin uğurla həyata kçirilməsi haqqında fikir söyləməyə əsas yaradır.

Bütövlükdə dünyamızın 2030-cu ilə qədər dəyişməsini nəzərdə tutan 17 məqsədin qayəsi bundan ibarətdir. İnsanlar daha yaxşı yaşasın, ehtiyacı olanların hər birinə lazımi yardımlar edilsin və heç kim qayğıdan kənar qalmasın.

Bu mənada, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasəti bu məqsədlərə uyğun gələn və bu məqsədlərdən qaynaqlanan bir fəaliyyət hesab etmək mümkündür. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlər insanların həyatının yaxşılaşdırılmasına xidmət edir”.

Ə.Əhmədov qeyd edib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir:

“Bu islahatların məqsədi sosial təminata ehtiyacı olanları ehtiyacların daha yaxşı ödənilməsi və onlara göstərilən qayğının şəffaf və səmərəli şəkildə həyata keçirilməsinə xidmət göstərirdi. İslahatlar ardıcıllıqla reallaşdırılacaq. Hədəf əldə edilmiş olacaq. “DOST” xidmət ehtiyacı olan insanlara daha yaxşı xidmətin təmin edilməsi məqsədini güdür”.

Baş nazirin müavini qeyd edib ki, insanlara lazımi xidmətin göstərilməsi sosial siyasətin qayəsini müəyyənləşdirir.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökümətin hədəflərinə dəqiqliklə müəyyənləşdirmək üçün layihəni düşünüb və uğurla həyata keçiriləcək.

Bu layihənin həyata keçirilməsində məqsəd hökumətin müəyyənləşdirdiyi sosial siyasəti daha da təkmilləşdirmək və insanlara daha yaxşı xidmətin göstərilməsinə nail olmaqdan ibarətdir. İkincisi, bu sahədə şəffaflığın təmin edilməsi ilə əlaqədardır. Üçüncüsü, bu sahədə çətin, daha yaxşı təşkil olunmasına ehtiyacı olan insanlar çoxluq təşkil edir. Yaşlılar, pensiya alanlar, fiziki qüsuru olan insanlar, əlillər - hamısına xidmətin elə şəkildə təmin olunmasına ehtiyac var ki, xidməti asanlıqla əldə etsinlər və çətinlik çəkməsinlər.

Bu xidmət Azərbaycanda populyarmış “ASAN xidmət”in analoqunu çevrilə biləcək. Qarşıya qoyduğu xidmətləri “ASAN xidmət”də olan kimi reallaşdıra biləcək. Bu tədbir layihə uğurla həyata keçiriləcək, özünə layiqli yer tuta biləcək və sosial qayğıya ehtiyacı olan insanlara tərəfindən seviləcək”.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar