Müğənni Günel Ələkbərova mahnılarının "Youtube"da baxılmadığını deyib
Axşam.az-ın məlumatına görə, sənətçi "Sayqa ilə" verilişində deyib ki, ifasından çox, qalmaqalları izlənilir:
"Youtube"a mahnı qoyuram. Gedirəm həvəslə mahnı alıram, günlərlə yatmıram işləyirəm ki, partlayacaq. Amma baxılmır. Artıq küsmüşəm, sosial şəbəkəyə heç nə qoymayacam. Hansısa verilişdə qalmaqallı danışıramsa, partlayır, çox baxılır".
pia.az