Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Onlar istəyir ki, Azərbaycan Fransaya əsəbini töksün və...”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri: “İndi incə diplomatiya dövrüdür. Yəni hiyləgərlik, fırıldaq, əyrilik nə varsa, incə diplomatiya adı ilə həyata keçirilir”

“İşğalçı rejimin de-fakto liderinin Fransaya, ABŞ-a səfərinə qarşı Azərbaycanda bu ölkələrlə münasibətləri gərginləşdirmək və Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması kimi səsləndirilən fikirlər səhvdir”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda müzakirə olunan məsələləri PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olan üçüncü dövlətlər, eləcə də işğalçı Ermənistanın qanunsuzluğu ilə bağlı məsələlər müzakirə olunub.

Məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində ən çox təbii sərvətlərin talan edilməsi ilə məşğul olan ölkələrin başında Fransa və İran dayanır. İran şirkətləri işğal edilmiş ərazilərdə meşə fondunun, hətta “Qırmızı kitab”a düşmüş qiymətli ağac növlərinin kəsilib aparılması və onlardan müxtəlif məmulatlar düzəldilməsi sahəsində öndə gedir. Burada həm də yeraltı sərvətlərimiz talan edilir. İlk yerdə qızıl məmulatları dayanır. Bu məsələdə də yenə hər zaman Ermənistanın yanında dayanan Fransa şirkətləri mühüm rol oynayır. İstismar edilən qızıl məmulatı Ermənistan büdcəsinə kifayət qədər gəlir gətirir.

Bu qanunsuzluqların qarşısının alınması üçün Azərbaycanın atdığı addımları qənaətbəxş hesab etmək olarmı və Azərbaycan beynəlxalq hüquq normalarına uyğun qaydada daha hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Fransadan da, ABŞ-dan da tələb etmək lazımdır ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərlərinin Fransaya, ABŞ-a səfərlərini təşkil etsinlər”.

Bizim müasir siyasi reallığı qavramalı olduğumuzu vurğulayan politoloq Mübariz Əhmədoğlu əlavə edib ki, hansı qaydadakı erməni diplomatiyası üstümüzə gəlir, biz də yeri gəlsə, onlardan da üstün, onlardan da artıq cavablar verməliyik:

Azərbaycanın atdığı bütün addımlar düzgündür, yerindədir. Amma əlavə də addımlar atmalıyıq. İndiki halda isə Azərbaycan işğalçı dövlətlə münasibətlərdə olan dövlətlərə yanaşmasını dəyişməlidir. İndi incə diplomatiya dövrüdür. Yəni hiyləgərlik, fırıldaq, əyrilik nə varsa, incə diplomatiya adı ilə həyata keçirilir. Məsələn Bako Saakyan Fransaya səfər edir, amma bu səfərlə bağlı yayılan məlumatlarda göstərilir ki, səfər etdi. Amma nə məqsədlə səfər etdiyini yazmırlar.

KİV-i daim izləməyən bizim mütəxəssislərimiz, siyasilərimiz də Fransanın əleyhinə danışmağa başlayır. Əslində Bako Saakyan və onun komandası, o cümlədən Nikol Paşinyan və onun komandası məsələni belə qoyurlar ki, Azərbaycan qıcıqlansın. Onlar istəyir ki, Azərbaycan Fransaya əsəbini töksün və nəticədə də Fransa-Azərbaycan münasibətləri pozulsun. Ermənistan isə Dağlıq Qarabağda rahatca öz işini görsün.

İşğalçı rejimin de-fakto liderinin Fransaya, ABŞ-a səfərinə qarşı Azərbaycanda bu ölkələrlə münasibətləri gərginləşdirmək və Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması kimi səsləndirilən fikirlər səhvdir. Biz istəsək də, Fransanı ATƏT-in Minsk Qrupundan uzaqlaşdıra bilmərik. Çünki ATƏT-in Minsk Qrupunun üzvlüyündən çıxmaq da, üzvlüyünə daxil olmaq da konsensnəndir. Yəni əgər biz istəyiriksə, Fransa ATƏT-in Minsk Qrupundan çıxsın, gərək bunu Ermənistan da razılıq versin.

Mübariz Əhmədoğlu: “Biz istəsək də, Fransanı ATƏT-in Minsk Qrupundan uzaqlaşdıra bilmərik”.

Həmçinin bu hal Ermənistan üçün də keçərlidir. Yəni Ermənistan nəyisə tək başına etmək istəsə, onu edə bilməz. Çünki bütün qərarlar konsensnəndir. Məsələn Nikol Paşinyan gələndən, eləcədə onan qabaq Serj Sərksyan da deyirdi ki, Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə qatılmalıdır. Amma onlar tərəf deyirlər. Çünki Azərbaycan razılıq vermir və Azərbaycan gözləyir ki, nə vaxt ermənilər Dağlıq Qarabağın Azərbaycan icmasına danışıqda iştirak etməsinə razılıq verəcək, bu zaman da Azərbaycan ermənilərə danışıq prosesində iştiraka razılıq verəcək.

Həmçinin onu da qeyd edim ki, Bako Saakyanın Fransaya səfəri ərəfəsində fransalı siyasətçilər Cocuq Mərcanlıya gəldilər. Bu səfəri də Fransa dövləti təşkil etmişdi. Buna görə də biz incə diplomatiya nədir onu nəzərə almalıyıq. İşimizi də ona uyğun qurmalıyıq.

Hesab edirəm ki, indiki dövrdə ən yaxşı variant nə Fransanın, nə də ABŞ-ın arxasınca danışmaq deyil. Fransadan da, ABŞ-dan da tələb etmək lazımdır ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərlərinin Fransaya, ABŞ-a səfərlərini təşkil etsinlər. Bako Saakyan Fransada və ABŞ-da ancaq ermənilərlə görüşür. Əgər ABŞ Dağlıq Qarabağın azərbaycanlı icmasını ABŞ-a dəvət edib oradakı azərbaycanlılarla görüşdürməklə yanaşı, həm də Dövlət Departamentinin üçünçü, dördüncü dərəcəli rəsmiləri ilə də azərbaycanlı icmanın görüşünü təşkil etsə, bu zaman ermənilər daha həmin ölkələrə səfər etməyəcəklər.

Onsuz da məlumdur ki, Bako Saakyan Fransaya, ABŞ-a pul dilənməyə gedib. Buna görə də biz müasir siyasi reallığı qavramalıyıq. Hansı qaydadakı erməni diplomatiyası üstümüzə gəlir, biz də yeri gəlsə, onlardan da üstün, onlardan da artıq cavablar verməliyik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.

ELVİN

Hörmətli politoloq, yəni bu vaxta qədər hələ də başa düşmək yəni bu qədər çətindir ki, dünya real gücə hörmət edir??? Əvvəl güc, sonra siyasət !


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar