Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan II Qareginə yaxınlaşmağa məcbur oldu

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Niko Paşinyan bütün ermənilərin katolikosu II Qareginlə münasibətləri yaxşılaşdırmağa məcbur olub

Çünki başqa çıxış yolu qalmayıb.

Bu barədə “Jamanak” qəzeti mənbələrinə istinadən yazıb. Bildirilir ki, Paşinyan II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif edib.

“Lakin I Aram bu təklifdən imtina edərək Paşinyana bildirib ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur oldu” – qəzet yazıb.

Qeyd olunur ki, Ermənistanda din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin də dəstəyinə nail olmağa çalışırlar: “Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etsə də, səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qalıb. Paşinyanın qorxusu odur ki, hələ də kilsə üzərində nəzarəti ələ keçirməyib və bundan istifadə edən Respublikaçılar hər an ona zərbə vura bilərlər. II Qareginlə Paşinyan arasında patriarxın könüllü olaraq vəzifəsini tərk etməsi barədə razılıq əldə olunduğuna dair xəbərlərin yayılmasına rəğmən, onun hələ də bütün ermənilərin katolikosu olaraq qalmasının səbəbi də elə Respublikaçıların müqavimətidir.”

Qeyd edək ki, Ermənistan parlamentinin bu günlərdə keçirilən iclasında Respublikaçıların II Qareginin mühafizəsi haqqında təqdim etdiyi qanun layihəsi qəbul olunmayıb və deputatlar arasında ciddi mübahisə yaradıb.

Azvision.az xatırladır ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsü ilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir neçə aydır ki, Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb, indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq əhali də keşişlərə qoşularaq katolikosu “məxməri inqilaba”dək Ermənistan rəhbərliyindəki cinayətkar rejimə satılmaqda ittiham edirlər.

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar