Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Azərbaycanda tutulan diversanta görə qəzəbləndi

Azərbaycana keçərkən yaxalanan erməni diversantı, Ermənistanın Tavuş vilayətinin Berdavan kənd sakini Karen Kazaryanın yaxınlarının və həmkəndlilərinin onun azad edilməsi tələbi ilə keçirdikləri aksiyalar baş nazir Nikol Paşinyanı qəzəbləndirib

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu gün noyabrın 20-də keçirdiyi mətbuat konfransında Kazaryanın məsələsi haqda danışıb. Deyib ki, Kazaryanın qohumlarının onunla görüşmək istədiyi haqda məlumat alıb. Və tapşırıb ki, bu görüşü təşki etsinlər.

Xatırladaq ki, Kazaryanın qohumları və həmkəndliləri onun azad edilməsi tələbi il iki dəfə Ermənistan-Gürcüstan avtomobil yolunu kəsiblər. Habelə Yerevanda baş nazirin iqamətgahı qarşısında aksiya keçiriblər. Paşinyan deyib ki, bu aksiyaların səbəbini anlamır.

“Mənim arvadım iki dəfə Kazaryanın ailəsinə baş çəkib. Məsələ heç vaxt diqqətdən kənarda olmayıb. Lakin bu günlərdə keçirilən aksiyalar sual doğurur-bu aksiyalar kimə qarşı yönəlib? Əgər Azərbaycana qarşı yönəlibsə o zaman yolu bağlamaq nəyə lazım idi, hansı ki, Azərbaycanın strateji hədəflərindən biri bu yolun bağlanmasıdır. Əgər bizə qarşı yönəlibsə və hesab edirlərsə ki, problemə lazımi diqqət ayırmırıq, o zaman xatırladıram ki, arvadım iki dəfə ailəyə baş çəkib. Elə presedent olubmu ki, bu cür situasiyaya düşən ailəyə belə diqqət ayrılsın? Əgər söhbət ondan gedirsə ki, Ermənistan səyləri artırmalıdır, o zaman başa düşmək lazımdır ki, proses Ermənistanın maraqlarına cavab verəcəkmi? Yaxud tələb etmək olarmı ki, məsələ istənilən qiymətə həll edilsin və ictimaiyyətin buna necə yanaşacağı əhəmiyyət daşımasın? Bunlar sadə məsələlər deyil”-Paşinyan bildirib.

Nikol Paşinyan xatırladıb ki, Azərbaycanda daha bir Ermənistan vətəndaşı saxlanılır-Zaven Karapetyan. Amma ona görə heç kim yolu bağlamır. “Niyə ona görə yolu bağlamırlar? Ona görə ki, yetimdir? Bu məntiqə söykənirik?”-o sual edib.

Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. “Biz buna getməliyikmi? Bəs biz öldürülənlərin ailəsindən soruşmuşuq?”-o Dağlıq Qarabağda girov saxlanılan Azərbaycan vətəndaşı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi xatırladaraq bildirib.

“Belə çıxır ki, Azərbaycana iki Ramil Səfərov da qaytaraq? Kazaryanlar ailəsinin faciəsini başa düşürəm və anlayışla qarşılayıram. Amma birbaşa deyirəm-Gürcüstana gedən yolu bağlamaq mənə aydın deyil. Yəni nəsə edə bilərdik və bunu etməmişik?”-Paşinyan deyib.

Xatırladaq ki, bu günlərdə Azərbaycanın Əsir, Girov və İtkin Düşmüş şəxslərin axtarışı üzrə Dövlət Komissiyasının sədri Mədət Quliyev Ermənistana əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. Lakin Ermənistan tərəfi əvvəlcə bu təklifə məhəl qoymamağa çalışıb, daha sonra Azərbaycan tərəfinin onlara belə təklif vermədiyini bildirib. Nəhayət deyiblər ki, Dağlıq Qarabağda girov saxlanılan Azərbaycan vətəndaşlarını heç bir halda dəyişmək fikrində deyillər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar