İspaniyada sərnişin qatarı relsdən çıxıb
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə Barselona yaxınlığındakı Vakarisses qəsəbəsində baş verib.
Hadisə yerinə 8 təcili tibbi yardım maşını və 14 xilasetmə qrupu gəlib.
Qəza nəticəsində 1 nəfərin öldüyü, 40 nəfərədək insanın isə xəsarət aldığı bildirilir.
Məlumata görə, qəzaya bir neçə gündür ki, davam edən şiddətli yağıntı nəticəsində baş verən torpaq sürüşməsi səbəb olub.
pia.az