Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: "Banklara beş min manata qədər olan borclar silinməlidir"

“Gürcüstan borcları silir, Azərbaycan isə vaxtı keçmiş kreditlərə görə hələ də əlavə faizlər hesablayır və cərirmələr kəsir”

PİA.AZ xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. O, xatırladır ki, Gürcüstan hökuməti 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan 564 milyon dollaradək borclarının silinməsinə qərar verdi: “Bu qərar gələn ayın 15-dən 31-dək hakim partiyaya yaxın olan Carty fondu tərəfindən icra olunacaq. Gürcüstanın belə bir qərar verməsi daxildəki siyası durumla əlaqəli olsa da, istənilən halda aşağı məbləğli borc vəsaitlərin silinməsi praktikası baxımından Azərbaycan üçün də maraq kəsb edə bilər. Odur ki, bu məsələni yenidən gündəmə gətirmək istərdim”.

Ekspert vurğulayıb ki, dəfələrlə təkliflər irəli sürülməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də vaxtı keçmiş borcların məhkəmələr vasitəsilə həllinə çalışır və mövcud problemin çözülməsi istiqamətində heç bir addım atmır: “Hesab edirəm ki, Azərbaycanda da məbləği 5000 minə qədər olan borcların silinməsi hazırda getdikcə yoğunlayan borc probleminin həllinə, eləcə də borcluların sosial-iqtisadi proseslərdə iştirak imkanlarına əhəmiyyətli töhfə olardı. Məlumat üçün qeyd edim ki, rəsmi məlumatlara görə Azərbaycanda problemli kreditlərin həcmi 1,8 milyard manat, qeyri-rəsmi məlumatlara görə 3 milyard manatdan çoxdur. Bu məbləğ hər ay artır. Odur ki, hesab edirəm ki, ilk növbədə hökumət bu borcların təsnifatını açıqlamalı, sonra isə 5 min manata qədər olan hissə ayrıca təsnif olunaraq, silinməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar