Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda problemli kreditlər silindi, bəs Azərbaycanda niyə mümkün olmur?

Əkrəm Həsənov "bizdə qanuna riayət olunmur" deyir

“Vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, onun banka borcu silinməlidir. Azərbaycanda məhkəmələr və icra məmurları buna riayət etmirlər. Bunu  açıqlamasında bank eksperti Əkrəm Həsənov Gürcüstanda 600 mindən çox kredit borcu olan aztəminatlı ailələrin borcunun silinməsinə münasibət bildirərkək deyib.

Ekspert bildirib ki, bu kimi addımların bizdə də atılması vacibdir: “Əlbəttə ki, bizdə bir milyondan çox insanın problemli krediti var. Gürcüstanda əhalinin kreditinin bağlanması xəbəri ilə tanışam. Burda iki variant var: Birinci variant odur ki, dövlət krediti silərək bankalara məbləği özü ödəyir, çünki banklar da özəl müəssisədir. İkinci variant isə odur ki, dövlət məhz ödəniş qabliyyəti olmayan vətəndaşların kreditini sildirəcək. Vətəndaşın ödəniş qabliyyəti yoxdursa, bu o deməkdir ki, vətəndaş müflisdir və borc silinməlidir. Bu bütün sivil dünyada belədir”.

Ekspert bildirib ki, bu barədə bizdə qanuna riayət olunmur:
“Bizdə də qanunda göstərilir ki, hər hansı bir öhdəlik icra oluna bilmirsə, xitam verilməlidir. Azərbaycanda məhkəmələr və icra məmurları buna riayət etmirlər. O prinsipi əsas tutublar ki, vətəndaşın canı çıxsın borcunu ödəsin. Əgər vətəndaş müflis olubsa, borcunu necə verəcək? Ümidlidirlər ki, vətəndaşı qorxutsaq, gedər başqasından borc alar, ya da evini satıb borcunu verər. Qanunda bildirilir ki, əgər vətəndaşın bir evi varsa, əlindən alına bilməz. Gürcüstandakı kimi bizdə də bunu tətbiq etməlidirlər, amma çox təəssüf ki, etmirlər”.(Moderator.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar