Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vizajislərə onminlərlə avro xərcləyən prezident...

News.ru, (Rusiya)

Fransa prezidenti Emmanuel Makron 1977-ci ildə ölkənin cənubunda yerləşən Amene şəhərində anadan olub. Atası professor Jan Mişel Makron Pikardie Universitetində dərs deyirdi, anası Fransuaz Makron-Noges tibb elmləri doktoru idi və həkim işləyirdi. Uşaq yaşlarında Makrona ən çox nənəsi Mannetin təsiri olub. O, kiçik Makrona klassik musiqini, kitab oxumağı və fortepianoda ifa etməyi sevdirib.

«Nənəmlə çox yaxın idim. Kollec direktoru idi. Mənim siyasi baxışlarımın mənbəyi nənəmdir”, – deyə Makron xatirələrini bölüşərkən bildirib.

Makron orta təhsilini Amendəki kollecdə alıb. Gələcək həyat yoldaşı Bricitlə də elə orada qarşılaşıb. Bricit həmin vaxt kollecdə fransız dili və ədəbiyyatından dərs deyirdi.

Sinif yoldaşları və müəllimlərinin dediyinə görə, Makron çox yaxşı oxuyurdu, ciddiliyi və yüksək intellekti ilə yoldaşlarından seçilirdi.

Məktəbi başa vurandan sonra Makron Parisə gedir və orada texniki kollecdə oxuyur. Makronun təhsilini başqa şəhərdə davam etməsi ilə bağlı qərarı valideynləri vermişdi. Onlar oğullarının öz müəlliməsinə bəslədiyi hisslərdən narazı idilər.

Makron və Olland

Gələcək prezident ali təhsilini Qərbi Paris – Nanter-lya-Defans Unveristetində alır. Daha sonra Siyasi Araşdırmalar İnstitutunda da oxuyur.

Müxtəlif elmlərlə maraqlanan Makron əmək fəaliyyətinə məşhur filosof Pol Rikyorun yanında köməkçi kimi başlayır. Fransalı mütəxəssislərin fikrincə, Makron müəllimindən çox şey öyrənib və onun fransızları sağçılara və solçulara bölməyin əleyhinə olması da Pol Rikyordan gəlir.

Makron Milli İdaretmə Məktəbində də təhsil almışdı və buranın tələbəsi kimi 10 il dövlət xidmətində işləməli idi. Maliyyə Nazirliyində 4 il inspektor işləyəndən sonra qərara gəlir ki, özəl şirkətdə daha çox uğur əldə edə bilər. Və “Rothschild & Cie Banque”da işə başlayır. Dövlət işini yarımçıq tərk etdiyinə görə, dövlətə 54 min avro cərimə ödəməli olur. Lakin bunun əvəzində yeni iş yerində fərqlənir və “Maliyyə Motsartı” adını qazanır.

İstedadlı gənc yenicə prezident seçilən Fransua Ollandın diqqətini çəkir. Və prezident Makrona iqtisadi müşavir vəzifəsini təklif edir. Daha sonra Makron iqtisadiyyat və sənaye naziri olur. Sosialist Partiyasına üzv olan, lakin çox keçmədən oranı tərk edən Makron 2016-cı ildə öz hərəkatını – “İrəli, Respublika!”nı təsis edir. Həmin ilin noyabrında prezident seçkilərinə qatılmaq istədiyini bəyan edir və 2017-ci ilin yazında prezident seçilir.

Makron və Bricit

Emmanuel Makron sonradan ailə həyatı quracağı Bricit Troneyə hələ 15 yaşındaykən vurulur. Aralarında 24 il yaş fərqinin olması, Bricitin ailəli və 3 uşaq anası olması onu narahat etmirdi. Bricitlə daha da yaxın olmaq üçün Makron məktəbin teatr dərnəyinə də rəhbərlik edən bu xanıma birlikdə pyes yazmağı təklif edir.

Makronun istedadı Bricitin dərhal diqqətini çəkir və onun pyeslə bağlı təklifini qəbul edir. Müəllimlə şagird arasında bu qəribə münasibət Makronun valideynlərinin diqqətindən yayınmır. Onlar Bricitlə bu barədə söhbət edirlər. Lakin Makron 17 yaşında özünə söz verir ki, 30 yaşına çatan kimi məhz Bricitlə evlənəcək.

Amendən gedərkən Makron Bricitə deyir: “Nə etsəz də, sizinlə evlənəcəm!”. Sözünü tutur və 30 yaşı tamam olanda Bricitlə rəsmi nikaha girir. Həmin vaxt Bricitin 54 yaşı vardı.

Cütlüyün övladı yoxdur. Lakin Bricitin birinci ərindən 3 övladı, 7 nəvəsi var.

Seçkiöncəsi kampaniya başlayanda opponentləri Makronun evliliyini saxta münasibət kimi qələmə vermək istədilər. Lakin elektoratın bu evliliklə bağlı fikrini dəyişmək mümkün olmadı.

«Onlar birlikdə olanda sanki ətraflarında heç nəyi görmürlər”, – deyə Bricit Tifenin qızı bildirmişdi.

Sosioloji sorğular ortaya qoyub ki, fransızlar Makrondan çox, onun xanımını sevirlər.

O da məlumdur ki, Makron seçilməmişdən əvvəl gənc bir qıza (onunla yaxın münasibət qurmaq istəyən) qarşı iddia qaldırıb. Bu məsələ gündəmdə olanda Makron bəyan etdi ki, xanımını sevir və ona sadiqdir. Məlum iddia yalnız onun adına ləkə gətirməyə hesablanıb. Bu əhvalat qadın seçicilərin Makrona rəğbətini artırdı. Və Makronun qələbə qazanmasında bu amilin də rolu az olmadı.

Rəsmi tədbirlərdə cütlük həmişə birlikdə olur. Makron bütün boş vaxtını xanımı ilə keçirir. Tətillər zamanı cütlük Normandiyadakı villalarında istirahət edirlər. Makron bu villanı toyundan 11 il əvvəl alıb.

Makronun sevdiyi məşğuliyyətlərdən biri də Bricitin nəvələri ilə oynamaqdır. Uşaqlar da onu çox sevirlər.

Telekameralar qarşısında yaxşı görünməyi sevən Fransa prezidenti vizajistlərə pul xərcləməkdən çəkinmir. Fransa mətbuatı prezidentin makiyaj mütəxəssisinə ödədiyi iki hesabın məbləğini (10 min avro, 16 min avro) ictimailəşdirmişdi.

Makron heyvanları da çox sevir və evində “Fiqaro” ləqəbli nəhəng it saxlayır.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Emmanuel Makron

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar